ARTİ təlimlərə yenidən qeydiyyat elan edir

ARTİ çoxsaylı istəkləri nəzərə alaraq ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlərə yenidən qeydiyyat elan edir.  

Proqramda əsas təlim mövzuları aşağıdakılardır:  

• Pedaqoji fəaliyyətdə ilk addım;  

• Tədrisin planlaması və tətbiqi;  

• Ali təhsilin normativ-hüquqi tənzimlənməsi;  

• Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi;  

• Elmi rəhbərlik;  

• Tədrisin idarə edilməsi;  

• Peşə etikası.  

Təlimlərdə iştirak etmiş şəxslər nə öyrənəcək?

• Pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını öyrənəcək;

• Rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək;

• Elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək;

• Qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək; 

• Tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcək.

 Təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilər. Təlimlər ödənişli əsaslarla həyata keçirilir. Sonda ARTİ tərəfindən sertifikat təqdim edilir.  

Qeyd edək ki, təlimlər onlayn formada baş tutacaq.

Qeydiyyatdan keçən şəxslərə proqram və ödəniş ilə bağlı ətraflı məlumat göndəriləcək.  

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:  

https://forms.office.com/r/J3N9nTA8F0 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az