Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun “Konstitusiya” Araşdırmalar Fondu ilə birlikdə Lənkəran iqtisadi rayonunda icra etdiyi "AgriVision" layihəsini çərçivəsidə “Aqrar-turizm sahəsində uğurlu biznes planın hazırlanması” üzrə 3 günlük təlimlər keçiriləcəkdir.
Təlimlərin birinci günü "Sahibkarlığın əsasları", "Biznes nədən başlayır?" və "Biznes-planlaşdırmanın əsasları", ikinci günü "Məhsulun və ya xidmətin xarakteristikası", "Bazar imkanlarının qiymətləndirilməsi", "Rəqabət mühiti və rəqabətqabiliyyətlilik", "Marketinq planı" və "Satış bazarının qiymətləndirilməsi", üçüncü günü "İşçi heyət və idarəetmə sistemi", "Təşkilati plan", "İstehsalat planı", "Maliyyə planı", "Risklərin analizi", "Mənfəət və zərərin iqtisadi təhlili" və "Biznes-planın xülasəsi" mövzuları tədris olunacaqdır.
Təlimlər peşəkar təlimçi və ekspert Natig Madatov tərəfindən Luks Lənkəran hotelinin konfrans zalında 29-30 iyun və 1 iyul tarixlərində saat 11:00-dan 16:00-dək xüsusi karantin rejiminin də qaydaları nəzərə alınaraq həyata keçiriləcəkdir.
Lənkəran İqtisadi zonasından olan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ən əsası aqro-turizmə marağı olan bütün sahibkarlar təlimdə iştirak edə bilərlər. Ətraflı məlumat və ya təlimdə iştirak etmək üçün aşağıdakı nömrə və ya e-mail vasitəsilə müraciət edə bilərsiniz: 0502254525 [email protected]
ENG: 3-day trainings on “Development of a successful business plan in the field of agro-tourism” will be held within the framework of the “AgriVision” project implemented by the Eurasia Partnership Foundation together with the “Constitution” Research Foundation in Lankaran economic region with the financial support of the European Union.
In the first day of the trainings "Fundamentals of Entrepreneurship", "Where does a business start?" and "Fundamentals of Business Planning", the second day "Product or Service Characteristics", "Market Opportunity Assessment", "Competitive Environment and Competitiveness", "Marketing Plan" and "Sales Market Assessment", the third day "Staff and Management System", "Organizational plan", "Production plan", "Financial plan", "Risk analysis", "Economic analysis of profit and loss" and "Business plan summary" will be taught.
The trainings will be conducted by professional trainer and expert Natig Madatov in the conference hall of Lux Lankaran Hotel on June 29-30 and July 1 from 11:00 to 16:00, taking into account the rules of the special quarantine regime.
All entrepreneurs from the Lankaran Economic Zone, operating in the field of agriculture and, most importantly, interested in agro-tourism, can participate in the training. For more information and/or to participate in the training, please contact us by following number or e-mail: 0502254525 [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur