Bazar ertəsi, 2 İyun, 2025

Menecment sahəsində virtual beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!


  • Dərc edildi: 23 İyun, 2021 - 09:54
Menecment sahəsində virtual beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində 2021-ci ilin avqust-oktyabr aylarında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün MÜSABİQƏ ELAN EDİR Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir(Additionalinformation for applicants and participants).   Kurs haqqında Mövzu:“İqtisadi kooperasiya” Proqramın dili:İngilis dili Onlayn mərhələ:onlayn təlimlər, alman şirkətlərinə onlayn turlar və onlayn görüşlər (12 həftə) Proqramdan sonrakı mərhələ («Followup») :6 ay Almaniyada proqramın yekun mərhələsi:1 həftə (pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfərləri nəzərdə tutulur). Məzunlar arasında əlaqələrin inkişaf etdirilməsi və məzunlarla iş Son müraciət müddəti:4iyul2021-ci il Kurs haqqında əlavə məlumat:https://managerprogramm.de/en/business-wi

th-germany/programme-phases/ Tədris kursu ödənişsizdir. Kursu uğurla başa vuran iştirakçılara GİZ təşkilatı tərəfindən beynəlxalq sertifikat təqdim edilir. Namizədə dair tələblər: - Ali təhsil (bakalavr və/və ya magistr dərəcəsi); - İdarəetmə sahəsində ən azı 1 il təcrübə; -Yaşı 45-dən çox olmamalı; - Yaxşı səviyyədə ingilis dili; - Yüksək ünsiyyət və təqdimetmə bacarıqları. Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin[email protected]e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:   - müraciət forması(Application Form); - fərdi məlumatların qorunmasına dair ərizə(Data protection declaration / Privacy statement); - Kooperasiya layihəsi(Cooperation project)– 1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır; - Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış.   Təqdim olunmuş sənədlər ilkin qiymətləndirildikdən sonra uyğun namizədlər GİZ təşkilatının məsul əməkdaşlarının iştirakı ilə fərdi onlayn müsahibələrə dəvət ediləcəkdir.   Ətraflı məlumat üçün:(012) 404 04 01 / (055) 200 04 57,[email protected](Məlahət Kazımova).

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 131
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 183
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...