reklam

Hüquqşünas vakansiyası

Hüquqşünas ŞİRKƏT HAQQINDA: “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC şirkəti “The Coca-Cola Company”-nin qazlı və qazsız içkilərinin Azərbaycan daxilində istehsalı, satışı və paylanmasını həyata keçirir. Fəaliyyətinə 1994- cü ildə başlamış, 2007-ci ildə isə “Coca-Cola İçecek”-in (CCI) tərkibinə daxil olmuşdur. “Azərbaycan Koka-Kola Bottlers Limited” MMC 1 zavod və 300-dən çox əməkdaşı ilə 10 milyon istehlakçıya xidmət göstərir. Məhsul portfelinə Coca-Cola, Coca-Cola zero, Bonaqua, Burn, Cappy, Fanta, Fuse Tea, Sprite kimi brendlər daxildir. İş barəsində məlumat: • Müqavilələri, ona əlavələri, qiymət razılaşma protokollarını, aktları və s. müqavilə yan sənədlərini nəzərdən keçirmək, bu şərtlərin qanunvericiliyə və şirkət prosedurlarına uyğun olduğundan əmin olmaq və təsdiq etmək; • Zəruri hallarda müqavilə və digər hüquqi sənədləri tərtib etmək; • Şirkətin iş balansının tənzimlənməsi və effektivliyin artırılması üçün çox istifadə olunan sənədlərin standartlaşdırılmasını təmin etmək; • Həvalə olunmuş layihələrin həyata keçirilməsini təmin etmək; • Gündəlik qanunvericilikdə olan dəyişiklikləri izləmək və rəhbərliyi məlumatlandırmaq; • Periodik şəkildə və ya zəruri hallarda rəhbərliyə və baş ofisə hüquqi hesabatları hazırlayıb təqdim etmək; • Şirkətin struktur bölmələrinə sorğu və tələb əsasında qanunvericiliyin və qanunvericilikdəki dəyişikliklərin məzmununu izah etmək; • Rəhbərliyinin iş bölgüsü əsasında ona yönləndirilən məsələlər üzrə digər departamentlərlə müvafiq məsələlərin həllində səmərəli şəkildə əməkdaşlıq etmək; • Şirkəti məhkəmələrdə, rəsmi orqanlarda, dövlət və ictimai qurumlarda, uyğun məsələlər üzrə digər təşkilatlarda və qurumlarda şəxsən və ya hüquq departamentinin digər əməkdaşları ilə birlikdə təmsil etmək; • Yerli Etik Komitənin Sədrinin tapşırıqları əsasında şirkət daxilində etik normaların təbliğ olunması və Etik Davranış Kodeksi barədə maarifləndirmə sessiyalarının təşkil edilməsi üçün müvafiq işlər görmək; • İdarə heyəti və pay sahiblərinin ümumi yığıncaqlarının təşkili və bundan irəli gələn digər məsələləri yerinə yetirmək; • “The Coca-Cola Company”-nın eləcə də əmtəə nişanı sahiblərinin hüquq komandaları ilə müştərək lahiyələrdə iştirak etmək; PUBLIC • Xarici hüquq şirkəti ilə mütəmadi əlaqədə olmaq, sorğuların, hesabatların, layihələrin və s. işlərin qarşılıqlı görülməsini təmin etmək, şirkətdə hüquqi maarifləndirmənin təmin edilməsi üçün zəruri təlimlər təşkil etmək; Tələblər: • Hüquq sahəsi üzrə ali təhsil; • Mülki, vergi, əmək və şirkətin fəaliyyəti ilə əlaqədar digər qanunvericilik sahəsində müvafiq biliyə sahib olmaq; • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarıqları; • İngilis dilində səlis danışıq, müqavilə tərtib etmə və rəy vermə bacarıqları; • Ünsiyyət və nitq qabiliyyəti; Müraciət etmək üçün vakansiyanın adını “Mövzu” bölməsində Hüquqşünas qeyd edərək, CV formanızı [email protected] ünvanına göndərin, və ya göstərilən “link”-dən istifadə edin - https://clck.ru/Vg8mF .

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az