Cümə, 25 İyul, 2025

Aqrar Xidmətlər Agentliyi Yay Təcrübə Proqramı təşkil edir


  • Dərc edildi: 5 İyun, 2025 - 13:23
Aqrar Xidmətlər Agentliyi Yay Təcrübə Proqramı təşkil edir

Aqrar Xidmətlər Agentliyi Yay Təcrübə Proqramı təşkil edir. 

Proqramda Aqronomiya və Baytarlıq ixtisası üzrə ali təhsilli mütəxəsisslərin iştirakı nəzərdə tutulur.

 

Təcrübə proqramının məqsədi aqrar sahədə kadr potensialını gücləndirməklə bilik və bacarıqları artırmaq, nəzəri bilikləri praktikaya çevirməklə yanaşı müvafiq sahədə karyera imkanları yaratmaqdır.

 

Proqram çərçivəsində iştirakçılar Aqrar sahədə tətbiq edilən yeni innovativ texnologiyalarla da tanış olacaqlar. Təcrübəni uğurla başa vuran iştirakçıların müsahibə yolu ilə işə qəbulunun dəyərləndirilməsi nəzərdə tutulur.

 

Yay Təcrübə Proqramı 2025-ci il iyul ayının 1-dən sentyabr ayının 1-dək davam edəcəkdir. İki aylıq Proqramda sahə üzrə texniki və nəzəri biliklərə malik, aktiv, təşəbbüskar və öyrənməyə həvəsli Aqronomiya və Baytarlıq ixtisaslarını bitirmiş ali təhsilli mütəxəssislər iştirak edə bilər.

 

Proqram Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) idarələrində keçiriləcəkdir.

 

Son müraciət tarixi 25.06.2025-ci ildir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 87
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 656
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 407
Azərbaycan Texnologi...