AQTİ tərəfindən Gəncə Regional Sınaq Laboratoriyası üçün aşağıdakı vəzifələr üzrə müsabiqə elan olunur

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Gəncə Regional Sınaq Laboratoriyası üçün aşağıdakı vəzifələr üzrə müsabiqə elan olunur: Laboratoriya müdiri. Namizədə tələblər: Kimya və Biologiya ixtisasları üzrə ali təhsil; laboratoriya sahəsində ən azı 3 il iş təcrübəsi arzu ediləndir; AZS ISO/IEC 17025 standartının şərtlərini bilməli; Azərbaycan Respublikasının əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını; dəqiqlik, diqqətlilik; komanda ilə işləmə bacarığı olmalıdır. Vəzifə öhdəlikləri: laboratoriyanın fəaliyyətini təşkil edərək ona rəhbərlik edir; laboratoriyanın fəaliyyət istiqamətinə uyğun olaraq yeni metodların araşdırılması, tətbiq edilməsini təşkil edir və prosesdə iştirak edir; laboratoriya nəticələrinin təhlil edilməsi və bununla bağlı dövri hesabatların hazırlanmasını təmin edir; laboratoriyada olan bütün cihaz və avadanlıqlardan, ümumiyyətlə, maddi-texniki bazadan səmərəli və effektiv istifadə edilməsini, onların işlək vəziyyətdə saxlanılmasına nəzarəti təmin edir; laboratoriya işinin forma və metodlarını, laboratoriyanın fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir; laboratoriyanın işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir; eyfiyyət İdarəetmə Sistemi Sənədlərində əks edilən vəzifə və məsuliyyətləri yerinə yetirir; laboratoriyada həyata keçirilən müayinə nəticələrini yoxlayır və təsdiq edir; Kimyaçı. Namizədə tələblər: Kimya ixtisası üzrə ali təhsil; kimya sahəsində ən azı 1 il iş təcrübəsinin olması arzu ediləndir; kimya sahəsində müasir müasir laboratoriya metodlarını bilməlidir; laboratoriya avadanlığı ilə işləmək, kalibrasiyasını və minimum texniki qulluq tələblərini bilməlidir; kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməli; dəqiqlik, diqqətlilik və planlama qabiliyyəti olmalı; komanda ilə işləmə bacarığı olmalı; məntiqi və analitik Vəzifə öhdəlikləri: Kimyaçı ona həvalə edilmiş öhdəliklərə müvafiq olaraq laboratoriya tədqiqatlarını aparmaq; analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsini təmin etmək; yeni müayinə metodlarının və avadanlıqların öyrənilməsində və tətbiqində iştirak etmək; qədqiqatların keyfiyyətinə laboratoriyadaxili və laboratoriyadan kənar nəzarətin aparılması üzrə tədbirləri həyata keçirmək; öz işinin və ona tabe olan mütəxəssislərin işlərinin təhlilini aparmalı, onları iş yerində cihaz və reaktivlərlə təhlükəsiz davranma qaydaları barədə təlimatlandırmaq; öz işi barədə aylıq hesabatları hazırlamaq, laboratoriyanın illik hesabatının tərtibində iştirak etmək; istifadə etdiyi cihaz, aparat və avadanlıqların istismarına, reaktiv və digər kimyəvi preparatlarının səmərəli istifadəsinə cavabdehlik daşıyaraq, ona tabe olan mütəxəssislər tərəfindən təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək; laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin emək; keyfiyyət idarəetmə sisteminin prosedurlarını düzgün şəkildə müəyyənləşdirmək, hazırlanmasında ştirak etmək və tətbiqini təmin edir; Mikrobioloq Namizədə tələblər: Biologiya ixtisası üzrə ali təhsil; mikrobioloq sahəsində ən azı 1 il iş təcrübəsinin olması arzuediləndir; ixtisasına uyğun olaraq müasir laboratoriya metodlarını bilməli; laboratoriya avadanlığı ilə işləmək, kalibrasiyasını və minimum texniki qulluq tələblərini bilməli; kimyəvi preparatların saxlanılma və istifadə qaydalarını bilməli; dəqiqlik, diqqətlilik və planlama qabiliyyəti; komanda ilə işləmə bacarığının olması; məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq; Vəzifə öhdəlikləri: mikrobioloq ona həvalə edilmiş öhdəliklərə müvafiq olaraq laboratoriya tədqiqatlarını aparmaq; analitik və diaqnostik cəhətdən etibarlı metodların istifadəsini təmin etmək; yeni müayinə metodlarının və avadanlıqların öyrənilməsində və tətbiqində iştirak etmək; tədqiqatların keyfiyyətinə laboratoriyadaxili və laboratoriyadan kənar nəzarətin aparılması üzrə tədbirləri həyata keçirmək; öz işinin və ona tabe olan mütəxəssislərin işlərinin təhlilini aparmalı, onları iş yerində cihaz və reaktivlərlə təhlükəsiz davranma qaydaları barədə təlimatlandırmaq; öz işi barədə aylıq hesabatları hazırlamaq, laboratoriyanın illik hesabatının tərtibində iştirak etmək; istifadə etdiyi cihaz, aparat və avadanlıqların istismarına, reaktiv və digər kimyəvi preparatlarının səmərəli istifadəsinə cavabdehlik daşıyaraq, ona tabe olan mütəxəssislər tərəfindən təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək; laboratoriya tədqiqatları üzrə sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin emək; keyfiyyət idarəetmə sisteminin prosedurlarını düzgün şəkildə müəyyənləşdirmək, hazırlanmasında iştirak etmək və tətbiqini təmin etmək; Hər üç vəzifə üçün iş şəraiti: İş yeri: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gəncə Regional Sınaq laboratoriyası (Gəncə şəhəri); İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı – razılaşma əsasında; Namizədlərdən CV-lərini mövzu yerinə "Gəncə" yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur. Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
__
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az