"Atalar və övladları üçün düşərgə" təşkil ediləcək

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı ( UNFPA Azerbaijan ) və "Forest School Azerbaijan"nın dəstəyi ilə 16-19 iyun tarixlərində Lənkəranda "Atalar və övladları üçün düşərgə" təşkil ediləcək.
Düşərgənin əsas məqsədi atalar və övladları arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq və onların birgə faydalı və əyləncəli zaman keçirməsinə şərait yaratmaqdan ibarətdir.
Düşərgədə atalar üçün ailə bağlarının gücləndirilməsinə yönəlmiş təlimlər keçiriləcək, həmçinin uşaqlarla ataların birgə fəaliyyəti ilə bağlı intellektual və əyləncəli oyunlar təşkil olunacaq.
Düşərgədə 8-12 yaş aralığında uşaqlar ataları ilə birgə iştirak edə bilərlər.
Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilir.
Qeydiyyat linki: https://bit.ly/3tta7SC
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az