Azərbaycan-Özbəkistan arasında mətbuat sahəsində keçiriləcək müsabiqənin əsas nominasiyası “Şuşa ili”nə həsr olunub

Mədəniyyət Mərkəzindən verilən məlumata görə builki müsabiqədə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” mövzusunda nominasiyalar üzrə elan edilib. Müsabiqəyə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi müvafiq dəstək göstərir. Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşa şəhərinin tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərdə bərpa və dinc əhalinin qayıdışı, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcəkdir. Elan olunmuş müsabiqədə Azərbaycan Mədəniyyət Mərkəzi ənənəyə sadiq qalaraqAzərbaycan-Özbəkistan mədəniyyəti, dostluğu, əməkdaşlığı, hər iki ölkənin əldə etdiyi nailiyyətlər” mövzusu üzrə qaliblər müəyyənləşdiriləcəkdir. Qeyd olunan mövzular üzrə “məqalələr”,“televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı) fəxri diplom, pul mükafatlarına layiq görüləcəklər. Müsabiqəyə təqdim olunan materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir.Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, Müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək. Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı[email protected]elektron poçtuna göndərilməsi tələb olunur.Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 25 noyabr 2022-ci il müəyyən edilib. Seçim meyarlarına aşağıdakılar daxildir: •materialın orijinallığı; •material müsabiqə mövzusuna uyğun olmalıdır; •materialın faktlar, jurnalist araşdırması ilə zəngin olmalıdır; •materialın maarifləndirici əhəmiyyəti olmalıdır; •yazının peşəkarlıq səviyyəsi yüksək olmalıdır; •jurnalistin materiala daha daha çox yaradıcı yanaşması; •oxucu və izləyici auditoriyanın genişliyi. •ən azı bir qəzet, bir xəbər saytında dərc olunmalı, televiziya kanalında yayımlanmalıdır; Qaliblər diplomlar və hər nominasiya üzrə aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar: •I yer – 500 AZN •II yer – 300 AZN •III yer – 200 AZN •5 nəfər həvəsləndirici diplom. Müsabiqəyə təqdim olunacaq materialın (məqalə, videomaterial) elektron surəti, yaxud videomaterial WeTransfer proqramı vasitəsi ilə qeyd olunan elektron poçt ünvanına göndərilməsi zəruridir. Müsabiqəyə təqdim olunan materialla yanaşı, iştirak edəcək jurnalistin şəxsiyyət vəsiqəsinin ön və arxa hissəsinin surəti, jurnalistintəmsil etdiyi mətbu orqanın adı, yaxud müstəqil jurnalistdirsə öz fəaliyyəti haqqında kiçik məlumat, müəllifin elektron poçt ünvanı və əlaqə telefonlarının yazılması zəruridir. _______________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az