reklam

Azərbaycanda cüdonun 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsi elan edilir

Azərbaycanda cüdonun 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsi elan edilir. Azərbaycan Cüdo Federasiyası (ACF) Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibəti ilə Milli Mətbuat Günü ərəfəsində cüdo idman növünə həsr olunmuş jurnalist müsabiqəsi elan edir. Müsabiqədə bütün növ media (TV, radio, qəzet, jurnal, sayt, sosial media) mənsubları iştirak edə bilər. Materiallar aşağıdakı alt mövzuların hər hansı birinə aid olamlıdır: 1) Azərbaycanda cüdonun tarixi 2) Azərbaycanın cüdo qəhrəmanları 3) Cüdonun fəlsəfəsi 4) Cüdo elitar idman növü kimi 5) Uşaqların sağlam inkişafında cüdonun rolu Jurnalistlər müsabiqəyə 20 may – 10 iyul 2022-ci il tarixləri ərzində yayımlanacaq materialları təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] ünvanına mövzu hissəsinə müsabiqənin 5 alt mövzusunun uyğun olan birinin adını qeyd edərək göndərməlidirlər. Materialların internet resurslarında yayımlanmasını və qalıcılığını təmin etmək üçün müsabiqəyə materialların təqdim olunması yalnız internet üzərindən email vasitəsilə həyata keçirilir. Ənənəvi media (TV, radio, qəzet, jurnal) nümayəndələri müsabiqə materiallarını öz malik olduqları internet resurslarının hər hansı birində (sayt, “Youtube” kanalı, sosial media hesabları və s.) yerləşdirərək linkini təqdim edə bilər. Materialların göndərilıməsi üçün son tarix: 10 iyul saat 23:59-dur. Bir media qurumu adından maksimum 3, bir jurnalist tərəfidnən isə yalnız 1 material təqdim edilə bilər. Multimedia (video, fotoslayd, infoqrafika) elementlərinin istifadə olunduğu materiallara əlavə üstünlük veriləcək. Təqdim olunacaq materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqlarının qorunması, plaqiat olmaması araşdırılacaq. Materialları qiymətləndirəcək 5 nəfərdən ibarət münsiflər heyətinin üzvlərinin kimliyi obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək açıqlanmayacaq. Hər bir jüri nümayəndəsi materiallara fərdi qiymət verəcək və 5 münsifin verdikləri qiymətlər toplanaraq ümumi nəticə çıxarılacaq.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az