Çərşənbə, 6 Avqust, 2025

“Azərbaycanfilm” kinostudiyası “Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edir


  • Dərc edildi: 27 May, 2022 - 09:15
“Azərbaycanfilm” kinostudiyası “Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edir

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib. KinostudiyadanAZƏRTAC-a bildirilib ki, tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu iyunun 1–dən 30-dək elektron [email protected]çt ünvanı vasitəsilə aparılır. Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 min, 8 min və 5 min manat məbləğində mükafat veriləcək. Qaliblərin adları 2022-ci il avqustun 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5820
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1095
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 396
“İnnovativ məktəb” l...