Bakı Gənclər Mərkəzinin tərəfindən ilk dəfə aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub

Bakı Gənclər Mərkəzinin tərəfindən ilk dəfə aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub.   Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 13 oktyabr 2021-ci il tarixində ilk dəfə olaraq, aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub. Çoxsaylı istəkləri nəzərə alaraq nümayiş olunan filmdə 100-ə yaxın gənc iştirak etmişdir. Aktyorlar filmdə yaratdıqları obrazlar haqqında danışmış, sualları cavablandırmış, gənclərə dəyərli tövsiyələr vermişlər. Mərkəzimizin istedadlı üzvü Azadə Zellabduyevanın hədiyyə etdiyi portretlər aktyorlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda qonaqlar səmimi görüş üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildirmişlər. Qeyd edək ki, aktyorların iştirakı ilə filmlərin nümayişi davamlı olacaqdır. Daim bizə dəstək olan Bakı Uşaq və Gənclər teatrına və rəhbəri İntiqam Soltana dərin minnətdarlığımızı bildiririk!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az