Yeni Memar MMC "Smeta Mühəndisi" vəzifəsi üzrə vakansiyası elan edir .
Əmək funksiyası:
·Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək.
·Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
·Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini təhlil etmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq.
·Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək.
·İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinə nəzarət etmək.
·Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi.
·Smeta işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
·Rəhbərliyin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasını hazırlamaq.
·Smeta əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili.
·Smetaya daxil olmayan iş həcmini dəyərləndirmək.
·Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
Tələblər
·Sənaye mülki tikinti inşaat mühəndisliyi üzrə ali təhsil;
·Minimum 5 il inşaat sahəsi üzrə ümumi təcrübə;
·MS Word, MS Excel, MS Project (MS Excel yüksək səviyyədə tələb olunur)
·Azərbaycan və İngilis dillərini bilməlidir. Rus dilini bilməsi isə üstünlükdür;
·Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktları bilmək;
Smeta mühəndisi Bilməlidir:
·Tikintidə layihə-smeta sənədlərinin hazırlanması, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
·Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
·Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;
·Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Smeta Mühəndisi” yazmaqla[email protected]elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur