“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün təqdimatları davam edir

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün təqdimatları davam edir. 25 aprel tarixindən etibarən “Bir Könüllü” Təşkilatının Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə 2 növbəli şəkildə məlumat sessiyaları həyata keçirilib. Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda əsasən birinci kurs tələbələri olmaqla, keçirilən tədbirlərdə təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələrimiz barədə ətraflı məlumat verilir, həmçinin təqdimatda “kəşf et” və “zövq al” istiqamətləri çərçivəsində tələbələr arasında maraqlı və interaktiv oyunlar keçirilir. Təqdimatda aparıcı tələbələrin könüllülük fəaliyyəti, onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr barədə sualları cavablandırıb və bu müddət ərzində onlarla tələbə-könüllü kimi təşkilata üzv olub və “BİR” tələbə-könüllülərin sırasına qoşulub. Həmçinin, növbəti təqdimatlar 5 may tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti, 6 may tarixində isə Xəzər Universitetində keçiriləcək. “BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq və yerli layihələrdə, dövlət tədbirlərində iştirak etmək, eyni zamanda, tələbəlik həyatını daha rəngarəng və faydalı keçirmək, şəxsi və peşəkar inkişafı təmin etməyə, karyera imkanlarının genişlədirməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa şərait yaradır. Qeyd edək ki, 27,000-dən artıq könüllü üzvə malik olan təşkilat 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir. Ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 260-dan çox tədbir təşkil edən Bir Könüllü təşkilatı 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az