Vakansiya üzrə göstəricilər aşağıda qeyd olunmuşdur.
Vəzifə öhdəlikləri:
- Korporativ, dövlət və institusional sahələrdə biznesin inkişafı üzrə strategiyalar hazırlamaq və həyata keçirmək;
- Təhsil və texnologiya sahəsində potensial tərəfdaşlar, sponsorlar, müştərilərlə əlaqələr yaratmaq, mövcud əlaqələri inkişaf etdirmək;
- Sponsorlar, dövlət qurumları, QHT-lər və digər maraqlı tərəflər üçün layihələr planı hazırlamaq və həyata keçirmək;
- B2B və B2G imkanları üzrə siyahı tərtib etmək və idarə etmək;
- Müqavilə üzrə danışıqları tənzimləmək, təsdiq prosesini həyata keçirmək, uzunmüddətli əməkdaşlıqları təmin etmək;
- Bazar araşdırması üzrə əldə olunan məlumatları, performans göstəricilərini və müştəri ehtiyaclarını təhlil edərək qərarları əsaslandırmaq;
- Marketinq və akademik istiqamətlər üzrə komandalarla əməkdaşlıq edərək xidmətlərin bazar tələblərinə uyğunluğunu təmin etmək;
- Bazar trendlərini izləmək və yeni biznes imkanlarını, xidmətlərini təklif etmək;
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Biznesin inkişafı və ya əlaqədar sahələr üzrə minimum 3 il müddətində iş təcrübəsinə sahib olmaq (təhsil və texnologiya sahəsində təcrübə üstünlükdür);
- Sponsorlar, dövlət qurumları və donor layihələri ilə iş üzrə təcrübəsi üstünlükdür;
- Azərbaycan və İngilis dilində sərbəst danışıq qabiliyyəti (Rus dili biliyi arzuolunandır);
- Yüksək səviyyədə kommunikasiya bacarığı;
- Məlumat əsaslı qərarvermə bacarığı – hesabatları təhlil edərək praktik tədbirlər planı hazırlamaq qabiliyyəti;
- Nəticəyönümlü yanaşma və hədəflərə çatmaqda sübut olunmuş təcrübəyə sahib olmaq;
- Yerli İT ekosistemi, əsas tərəfdaşlar və qlobal texnoloji təhsil trendləri haqqında ətraflı biliyə sahib olmaq;
Üstünlüklər:
- Texnoloji təhsilin inkişafına töhfə verəcək missiyanın bir hissəsi olmaq;
- Rəqabətədavamlı əmək haqqı və nəticəyə əsaslanan bonus sistemi;
- Peşəkar karyeranızda sürətli yüksəliş imkanları;
- Müasir, innovativ və komanda əsaslı iş mühiti;
- ATL Akademiyanın təlim proqramlarında və İT üzrə tədbirlərdə iştirak imkanı;
Namizədliyinizin dəyərləndirilməsi məqsədi ilə müraciətinizi mövzü hissədində “Biznesin inkişafı üzrə menecer” qeyd etməklə [email protected] elektron ünvanına yönləndirə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb