İşəgötürən: Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxs
Vəzifə: hüquqşünas
İşin təsviri:
• Klinikanın fəaliyyətində hüquqi risklərin minimallaşdırılması məqsədilə hüquqi rəy və dəstəyin təmin edilməsi, struktur bölmələrlə qarşılıqlı hüquqi əməkdaşlığın qurulması;
• Müəssisənin hüquq və qanuni mənafelərinin müdafiəsi prinsipinə əsaslanaraq, üçüncü şəxslərlə (dövlət və qeyri-dövlət qurumları, fiziki və hüquqi şəxslər) münasibətlərin hüquqi tənzimlənməsi, bununla bağlı rəsmi müraciətlərin hazırlanması, zəruri hallarda görüş
və ezamiyyətlərin həyata keçirilməsi;
• Birbaşa rəhbərliyin tapşırığı əsasında hüquqi şəxsin təsis və digər
sənədlərinin hazırlanması, dəyişikliklərin edilməsi, yeni hüquqi
şəxslərin yaradılması və dövlət qeydiyyatına alınması üzrə hüquqi
prosedurların icrası;
• Klinikada qəbul olunan normativ sənədlərin qüvvədə olan
qanunvericiliyə uyğunluğuna dair hüquqi ekspertiza və rəyin
verilməsi;
• Hüquqi rəy və əsaslandırılmış yazılı təqdimatların hazırlanması;
• Klinikaya məxsus daxili normativ sənədlərin (əmr, təlimat,
əsasnamə, qayda və s.) hüquqi ekspertizasının aparılması və
zərurət olduqda layihələndirilməsində iştirak;
• Müqavilələrin (xüsusilə mülki-hüquqi müqavilələrin) layihələrinin
hazırlanması, qarşı tərəf tərəfindən təqdim olunmuş layihələrin
hüquqi baxımdan təhlili və düzəlişlərlə bağlı təkliflərin hazırlanması;
• İşçi münasibətləri, əmək mübahisələri və digər daxili hüquqi
məsələlərə dair hüquqi rəyin hazırlanması;
• Müəssisənin hüquq-mühafizə orqanlarında təmsil olunması, zəruri
hüquqi tədbirlərin həyata keçirilməsi;
• Qüvvədə olan qanunvericilikdə baş verən dəyişikliklərin monitorinqi
və uyğun hüquqi tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə
bağlı təkliflərin verilməsi.
Tələblər:
• Ali hüquq təhsili (bakalavr və ya magistr);
• Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər aidiyyəti
normativ-hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq;
• Hüquq sahəsində, xüsusilə dövlət qurumlarında azı 3 (üç) il peşəkar
iş təcrübəsi;
• Normativ-hüquqi aktlar və müqavilələrlə iş sahəsində təcrübə;
• Hüquqi yazışma və hüquqi nitq bacarıqları;
• Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi üzrə bilik və
bacarıqlar;
• Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili
biliyi arzuolunandır;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Tələb olunan sənədlər:
• tərcümeyi-hal;
• CV;
• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.
Rəqabətədavamlı əməkhaqqı təklif olunur.
Müraciət üçün son tarix:30 iyun 2025-cü il
Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Hüquqşünas” yazmaqla göndərməyiniz xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb