Bu akademiyanın əsas məqsədi tələbələrə diplom vermək deyil

Bu akademiyanın əsas məqsədi tələbələrə diplom vermək deyil Bəli. Söhbət Azərbaycanda 5 illik fəaliyyət dövrünü tamamlamış “STEP IT Academy”-dən gedir. Akademiya haqda maraqlandığım zaman aldığım fikirlərdən biri də bu idi ki, bizim əsas məramımız diplom vermək yox, tələbələrimizin işlə təmin olunmasıdır. Təbii ki, biliyinizi sübut edən bir sənəd önəmlidir, amma, praktiki olaraq biliyinizi özünüzün sübut edə bilməniz, ixtisas sahibi olmanız diplom sahibi olmaqdan daha önəmlidir. Amma, akademiya tələbələrini diplomsuz da qoymur, hər il tədris etdikləri 3 əsas proqramdan 250-300 məzun yola salan akademiya əsas gücünün və fərqinin bir ildən bir, hətta, bəzən yarım ildən bir yenilənən, innovativ və vahid tədris proqramından ibarət olduğunu bildirir. Belə ki, “IT Step Academy”-nin Azərbaycanlı tələbələrilə ABŞ və Ukraynadakı tələbələri eyni proqram əsasında təhsil alırlar. Böyük əksəriyyəti 16-35 yaş aralığında olan tələbələr “Proqram Təminatının Yaradılması”, “Kompüter Qrafikası və Dizayn”, “Şəbəkələr və Kibertəhlükəsizlik” bölmələri üzrə 2,5-3 il müddətində lazımi bütün biliklərə yiyələnib geniş əmək bazarında öz layiqli yerlərini tuturlar. Çox uzağa getmədən Şəbəkələr və Kibertəhlükəsizlik bölməsinin uğurlu məzunlarından olan Elvin Xudiyev qeyd edir ki, Akademiyada təhsil almağa başlayandan cəmi 6 ay sonra işləməyə və gəlir əldə etməyə başlayıb. Son dövrlərin aktual məsələlərindən olan “qadınların məşğulluq və təhsil səviyyəsinin artırılması” məsələsinə də biganə qalmayan akademiya Azərbaycanda IT sahəsində çalışan qadınların təşəbbüsü olan “Femmes Digitales” ilə birlikdə həm paytaxtda, həm də bir neçə bölgədə peşə istiqamətləndirilməsi tədbirləri keçirmişdir. İki il öncə Asan Xidmətlə birgə eşitmə məhdudiyyətli olan xanımlar üçün dizayn üzrə təlim layihəsini həyata keçirən Akademiya hazırda “Binar@” layihəsi çərçivəsində Mingəçevir şəhərində xanımlar üçün Sosial Media Marketing təlimlərinə hazırlaşır. Bir sıra səbəblərdən cəmiyyətdə özlərinin layiq olduqları yerdə olmayan xanımlar üçün bu layihələrin və proqramların həyati önəm daşıdığını qeyd edərək , STEP IT Academy-ni məhz bu addımlarına görə alqışamaq yerinə düşər. “Tələbələrinizi işlə təmin etmək üçün hansı addımlar görürsünüz?” sualına gələn “şirkətlər özləri Akademiyamıza görüşlərə gəlir, elə buradaca müsahibələr təşkil edir və tələbələrimizi işə götürürlər” cavabına qətiyyən təəccüblənmək lazım deyil. Akademiyanın qəbul imtahanında məntiq, riyaziyyat və ingilis dili üzrə testləşdirmədən müvəffəqiyyətlə keçən abituriyentlər burada oxumağa haqq qazanır, çünki, bu 3 baza biliyi olmadan informasiya texnologiyaları sahəsində təhsil almaq, fəaliyyət göstərib uğur qazanmaq, demək olar ki, mümkünsüzdür. Akademiya sizlərə uzun illərin sınağından keçmiş bir proqram da təqdim edir. Özündə intensivlik və praktiki təlimləri cəmləşdirən və cəmi 3 ay davam edən “Bootcamp” proqramı ilə tələbələr həm vaxtlarına qənaət edir, həm də akademiyanın təklif etdiyi təhsil səviyyəsi və formasını əyani şəkildə görə bilirlər. Pandemiyadan öz “nəsibini” alan akademiya 25% tələbə itkisinə baxmayaraq koronavirusu “ayaq üstə” keçirənlərdən oldu. Bir çox maneələrə və problemlərə baxmayaraq təhsil haqqında güzəştlər edən akademiya cəmi 1 ay ərzində tam onlayn təhsilə keçməyi bacarıb. Akademiyada güzəştlər bununla bitmir. Şəhid ailələri, Qarabağ Müharibələrinin veteranları və övladları üçün də bütün təhsil istiqamətləri üzrə 15-25% endirim tətbiq olunur. STEP IT Academy haqqında yazdıqca onlar haqqında yazılmalı yeni mövzu yaranır, çünki, bu qədər inkişafda olan və davamlı olaraq özünü təkmilləşdirən bir təhsil ocağı hər gün bir layihə ilə insanların qarşısına çıxır və bunların hər birini qələmə alsaq, yəqin ki bu yazının sonu gəlməz. İTİ Addımlarla öz yolunu davam edən akademiya və akademiyanın tələbələrinin bütün yolları və məsafələri hər kəsdən daha qısa müddətdə qət edəcəyinə tam səmimiyyətimlə inanıram. Akademiyanın veb saytı: itstep.az    

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az