Shahdag Hotel Company, Qusar rayonunda yerləşən Pik Palace və Park Chaket otelləri üçün Qonaq qəbulu şöbəsinə Çağrı Mərkəzi Operatoru vakansıyası mövcuddur:
Öhdəliklər
·Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
·Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.
·Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.
·Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.
·Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədəgeniş məlumat vermək.
·Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.
·Mehmanxana daxilindən və xaricindən gələn bütün zəngləri cavablandırmaq və lazımi insanlara yönləndirmək.
·Qonaqların sorğularını effektiv və nəzakətli tərzdə həyata keçirmək üçün mehmanxananın bütün məhsul və xidmətlərinə hərtərəfli bələd olmaq.
·Lazım olduqda qonaqlara mehmanxana barədə ümumi məlumat vermək.
·Qonaqlar üçün və ya qonaqlardan məlumat, səhər oyandırma xidməti sorğularını, rezervasiyaları və sifarişləri dəqiqliklə qəbul etmək.
·Qəbul edilən rezervasiyaların, sifarişlərin, sorğuların və s. hər zaman dəqiq və cəld şəkildə lazımi şöbəyə çatdırılmasını təmin etmək.
·Müvafiq hallarda daxili müştərilərə də mükəmməl xidmətlər göstərmək.
·Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
·Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
·Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq.
·Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək.
Müraciət etmək üçün[email protected]mail ünvanına mövzu hissəsində "Çağrı Mərkəzi Operatoru” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur