Çərşənbə, 23 İyul, 2025

Brend menecer assistenti vakansiyası


  • Dərc edildi: 11 Noyabr, 2021 - 09:10
Brend menecer assistenti vakansiyası

Ineo Group şirkəti Brend menecer assistenti vakansiyası üzrə namizədləri əməkdaşlığa dəvət edir. Gənc və dinamik şirkət olan Ineo Group Fransa mənşəli Jacadi Paris, Oxybul, Petit Bateau, Yves Rocher, İspan mənşəli Pretty Ballerinas və Mayoral kimi Avropa brendlərinin ölkə üzrə eksklüziv təmsilçisidir. Vəzifə öhdəlikləri: Brendin standartlarına uyğun olaraq zəruri tədbirləri həyata keçirmək; Mağazalara təyin olunmuş KPİ-ların yerinə yetirilməsinə dəstək və nəzarət; Mağazaların ümumi fəaliyyətinə gündəlik nəzarət; Məhsulun sifarişindən (ödəniş, məhsulun gətirilməsi, mərkəzi anbarda məhsulun işlənilməsi, satış nöqtəsinə çatdırılması) satışına qədər olan bütün prosesləri idarə etmək; Brendin bilavasitə marketinqə aid olan bütün proseslərində iştirak, müdaxilə və vaxtlı-vaxtında tətbiq edilməsini təşkil etmək. Tələblər: - Ali təhsil (İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketing və oxşar yönümlü təhsili olanlara üstünlük veriləcək); - Sahə üzrə 2-3 il təcrübə; - Təchizatın idarə olunması və ümumiyyətlə idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir; - Rus dili sərbəst, İngilis dili biliyi olanlara üstünlük verilir; - 1C proqramında işləmə bacarığı. 1C «Parakəndə Ticarət», «Тicarətin İdarəolunması» üzrə bilikləri olanlara üstünlük veriləcəkdir. Şərtlər: - İş qrafiki: 5 gün, 09:00-18:00 - Əmək haqqı: Namizədin bilik və təcrübəsi, o cümlədən bazar qiymətlərinə uyğun şəkildə qarşılıqlı razılaşdırılacaqdır. Müraciət üçün: Maraqlanan namizədlərdən mövzu sətrində “Brend menecer assistenti” qeyd etməklə[email protected]ünvanına CV göndərmələri tələb olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 147
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 89
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4294
Sumqayıt Dövlət Univ...