Çərşənbə axşamı, 12 Avqust, 2025

Qonaq Xidməti Agenti vakansiyası


  • Dərc edildi: 11 Noyabr, 2021 - 09:06
Qonaq Xidməti Agenti vakansiyası

Shahdag Hotel Company, Qusar rayonunda yerləşən Pik Palace və Park Chaket otelləri üçün Qonaq qəbulu şöbəsinə Qonaq Xidməti Agenti vakansiyası mövcuddur: Öhdəliklər ·Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək. ·Otaqların açarlarına ciddi nəzarəti təmin etmək. ·Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək . ·İstehlak auditinin nəticələrinə cavab vermək və müvafiq dəyişikliklərin həyata keçirilməsini təmin etmək. ·Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq. ·İtən və tapılan əşyalar haqqında xəbər vermək. ·Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək. ·İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq. ·Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək. Müraciət etmək üçün[email protected]mail ünvanına mövzu hissəsində "Qonaq Xidməti Agenti” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6294
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1312
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 506
“İnnovativ məktəb” l...