Çərşənbə, 13 Avqust, 2025

"Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilir


  • Dərc edildi: 2 Noyabr, 2021 - 10:46
"Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilir

"Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin birgə əməkdaşlığı nəticəsində təcrübə proqramına start verilir. Proqramın əsas məqsədi təcrübəli kadrlar yetişdirmək və həmin kadrların işlə təmin olunmasına yardımçı olmaqdır.
Proqram 15 noyabr 2021-ci il tarixindən başlayaraq 3 aylıq dövrü əhatə edəcək və tam ödənişsiz şəkildə baş tutacaq. Proqramı uğurla başa vurmuş hər bir təcrübəçiyə sertifikat veriləcək.
Bu proqram gənclərə bacarıqlarını təkmilləşdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, təcrübə qazanmaq, işlə təmin olunmaq kimi imkanlar yaradır.
Təcrübə proqramı çağrı mərkəzinə işçi istiqaməti üzrə elan edilir.
Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nəticələr ilə işinin öhdəsindən gələn təcrübəçilərə Şahdağ Turizm Mərkəzinin Bakı ofisində daimi iş yeri təklif oluna bilər.
Proqrama qəbul prosesi 2 mərhələdən ibarətdir. Birinci mərhələdə CV-lərə əsasən seçilən namizədlər ikinci mərhələdə "Davam” Gənclər Hərəkatı və Şahdağ Turizm Mərkəzinin birgə təşkil etdiyi komissiya tərəfindən aparılan müsahibənin nəticələrinə əsasən proqrama qəbul olunacaqlar.
Qeydiyyat üçün 10 noyabr 2021-ci il tarixinə qədər [email protected] e-mail ünvanına mövzu hissəsinə "Təcrübə Şahdağ” qeyd olunmaqla öz CV formanızı göndərə bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6431
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1401
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 544
“İnnovativ məktəb” l...