Cümə axşamı, 5 İyun, 2025

Əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 3 İyun, 2025 - 00:56
Əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası

Əməliyyatlar üzrə kiçik mütəxəssis vakansiyası

 

Müəssisə:  AZ SƏNAYE BANKI ASC

 

Tələblər:

 

Ali təhsilli (iqtisadi, texniki) olmalı;

İş təcrübəsi:1 il;

Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;

Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis dili biliyi arzuolunandır;

Məntiqi və analitik düşünmə tərzi;

Komandada işləmək bacarığı;

Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti; 

Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı;

Yerli və xarici valyutanın saxtalığını müəyyən etmə bacarığı;

Analitik düşünmək və problem həll etmək bacarığı.

 

İş haqqında məlumat

 

Beynəlxalq və ölkədaxili pul köçürmələri sistemləri üzrə əməliyyatları həyata keçirmək;

Bütün əməliyyatları bank proqramı vasitəsi ilə icra etmək;

Çek kitabçası üzrə əməliyyatları qanunvericiliyə uyğun icra etmək, təhvil almaq, təhvil vermək, müştəriyə verilən çek kitabçasının qeydiyyatını aparmaq, komissiyanı müştərinin hesabından bankın müvafiq gəlir hesabına silmək;

Cəlb edilmiş hüquqi, fərdi sahibkar, fiziki şəxs hesablarını(müştəri(kontakt) nömrəsini), müvəqqəti və sairə hesabları bank sistemində açmaq və qanunvericilikdə göstərilən sənədləri almaq və sistemə əksiksiz yükləmək;

Depozit (əmanət) müqavilələrini tərtib etmək, imzalamaq və həmin müqavilələr üzrə əməliyyatları (mədaxil, məxaric, faiz hesablanması, vergi tutulması və s.) izləmək, yoxlamaq, sistemdə müvafiq girişləri edərək açılışını doğru etmək(depozitlərin növü, şərtləri və tətbiq olunan faiz dərəcələrinin tariflərə uyğunluğunu yoxlamaq şərti ilə);

Əməliyyat gününün sonunda icra edilmiş bütün əməliyyatları yoxlamaq;

Göstərilmiş xidmətlərə görə faizləri və komisiyaları təyinatı üzrə tutmaq(sistemdə onaylamaq və ya giriş etmək);

Hesablararası bank daxili köçürmələri bank proqramında yığmaq, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;

Müştərilərin bank hesabları üzrə(hesab olmadan aparılan əməliyyatlar daxil) nağd və qeyri-nağd mədaxil və məxaric əməliyyatlarını aparmaq;

Kommunal ödəniş sistemləri vasitəsi ilə müştərilərin su, qaz, işıq, telefon, cərimə, rüsum və s. ödənişlərini qəbul etmək və ya müştəri hesabından ödəmək;

Müştəri və onların hesabları ilə əlaqədar rəsmi dövlət orqanlarından, hesab sahiblərindən və üçüncü şəxslərdən gələn sorğu/məktub/sərəncam/qərar və digər sənədləri qəbul etmək, araşdırmaq, aidiyyatı üzrə yönləndirmək, cavablandırmaq, tələb olunduğu halda müştərilərin hesablarına blok qoymaq və götürmək;

Müştərilərin müraciəti əsasında Miqrasiya və səfirliklərə(diplomatik nümayəndəlik və konsulluqlara) təqdim edilmək üçün  məktubları hazırlamaq, komissiyaları almaq və bank daxili qaydalara əsasən məktubda qeyd edilən hesaba blokun qoyulmasını təmin etmək;

Müştərilərin plastik kart sifarişlərini qəbul etmək, kredit kartları üzrə kredit xəttinin açılması üçün həmin sifarişləri müvafiq struktur bölmələrə təqdim etmək, sifarişi sistemə daxil etmək, plastik kartların pin zərflərin bağlı formada aktlar əsasında müvafiq strukturdan təhvil almaq və müştərilərə təhvil vermək;

Qeyri-nağd konvertasiya əməliyyatlarını icra etmək(bu əməliyyatlar üzrə müştərilər tərəfindən təqdim edilərn sənədləri yoxlamaq, bank proqramına daxil etmək, əməliyyatlar üzrə bütün növ komissiyaları almaq, məzənnə və limitlərin doğru olmasına diqqət yetirmək, sənədlərdə icra haqqında öz qeydlərini aparmaq, imzalamaq və ştampla təsdiq etmək;

Ticarətin maliyyələşdirilməsi (idxal, ixrac, zəmanətlər və s.) üzrə əməliyyatlara dair sənədləri hazırlamaq, yoxlamaq və bank proqramına daxil etmək;

 

İş vaxtının norması:

 

5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

 

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

 

Təcrübə proqramı ödənişlidir;

Nahar şirkət tərəfindən təmin edilir. 

İş yeri:

 

Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə  bilərlər;

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyatlar üzrə kiçik mütəxəssis” göstərməyiniz xahiş olunur

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 251
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 72
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 168
Lisey və gimnaziyala...