“Ən yaxşı ata” foto və video müsabiqəsi keçirilir

BMT-nin Əhali Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasətinin təşviqi ilə bağlı genderə həssas innovativ kommunikasiya və media kampaniyasının həyata keçirilməsi” layihəsi çərçivəsində “Ən yaxşı ata” foto və video müsabiqəsi keçirilir.
Müsabiqədə iştirak etmək istəyən atalar övladları ilə birgə çəkdikləri foto və ya videoları [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqəyə qoşula bilərlər. Bir iştirakçı bir neçə foto və ya video təqdim edə bilər. Foto və ya videoların son qəbul tarixi: 30.03.2022-ci il.
Hər bir fotonun həcmi 5 MB, videonun həcmi isə 25 MB-dan artıq olmamalıdır. Fotolar JPG, videolar isə MP4 formatda təqdim edilməlidir.
Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Fotolar / videolar göndərilərkən iştirakçıların (ata və övladı) adı və soyadı, əlaqə nömrəsi, yaşayış və email ünvanları qeyd olunmalıdır.
Qeyd etmək lazımdır ki, müsabiqə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramı çərçivəsində həyata keçirilir.
__________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az