“Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi

Azərbaycan Velosiped Federasiyası 3 iyun – Beynəlxalq Velosiped Günündə müsabiqə elan edir

Azərbaycan Velosiped Federasiyası “Həyat müvazinətini velosipedlə saxla!” mövzusunda rəsm müsabiqəsi elan edir.

Son illər ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında idman federasiyalarının üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped Federasiyası (AVF) da son illər fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Yaranmasından qısa müddət ötməsinə baxmayaraq, federasiyanın gördüyü işlər, əldə etdiyi nailiyyətlər və həyata keçirdiyi coxsaylı layihələr artıq öz bəhrəsini verir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana diqqət və qayğısının nəticəsi olaraq AVF-nin üzərinə ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi və velosipedçi idmançılarımızın Olimpiadaya, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşdırılması kimi öhdəliklər qoyulub. Bu məqsədlə, AVF yarandığı ilk gündən respublikada velosiped idmanı ilə məşğul olan məktəb və klubları dəstəkləyib, belə idman məktəblərinin regionlarda da açılmasını qarşıya məqsəd qoyub.

Hazırda velosiped idmanı Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, Sumqayıt Velosiped İdman Klubunda, 7 saylı İdman Olimpiya Məktəbində, “Sərhədçi” İdman Olimpiya Mərkəzində, İsmayıllı və Şamaxi rayonlarında inkişaf etdirilir. AVF ölkəmizdə fəaliyyət göstərən velosiped idmanı məktəblərinə və klublarına daim dəstək göstərir, idmançılarımızın ölkəmizi beynəlxalq yarışlarda təmsil etmələri üçün konkret layihələr və tədbirlər həyata keçirir.

“Həyat müvazinətini velosipedlə saxla!” müsabiqəsinin təşkilində əsas məqsəd ölkəmizdə, xüsusilə də gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, həmçinin onların sağlam ruhda tərbiyə olunması, eləcə də velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında, Olimpiya Oyunlarında uğur qazanmaq, onların idman karyerasına dəstək üçün yaradıcı potensialı olan hər bir kəsi cəlb etməklə mövzu baxımından velosiped idmanı ilə bağlı rəsm əsərlərinin yaradılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Əsərlər orijinal və daha əvvəl heç yerdə sərgilənməməli və nümayiş olunmamalıdır.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Rəsmlərin ölçüsü 1 (bir) metrdən cox olmamalıdır.

Rəsmin arxa tərəfində yuxarı sol küncündə müəllifin adı, soyadı və atasının adı, əlaqə nömrəsi və e-mail ünvanı etiketdə çap edilərək yapışdırılmalıdır.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.

Qaliblərin seçilməsi və mükafatlar

Müsabiqəyə təqdim olunmuş rəsmlər ideya müxtəlifliyi, kreativlik və texniki meyarlar üzrə qiymətləndiriləcəkdir. Tanınmış rəssamlar, sənətşünaslar və mütəxəssislərdən ibarət yaradılan münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 əsas qalib və 3 həvəsləndirici qalib seçiləcəkdir.

Əsas qaliblərə təqdim olunacaqdır:

I yerin qalibinə fəxri diplom və 3000 manat pul mükafatı.

II yerin qalibinə fəxri diplom və 2000 manat pul mükafatı.

III yerin qalibinə fəxri diplom və 1000 manat pul mükafatı.

Həvəsləndirici qaliblərə (3 nəfərə) fəxri fərmanlar təqdim olunacaqdır.

Müsabiqənin müddəti:

Müsabiqəyə rəsm əsərləri 2022-ci il iyunun 3-dən sentyabrın 30-dək qəbul olunur.

İştirakçılar tərəfindən rəsm əsərləri müsabiqəyə birbaşa və ya poçt vasitəsi ilə aşağıdakı ünvana təqdim olunmalıdır:

AZ1102, Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi r., Rövşən Cəfərov küç.,10

Əlavə məlumat üçün Azərbaycan Velosiped Federasiyasının məsul şəxsi Nigar Mövsümovaya müraciət edə bilərsiniz:

Tel.: +994 51 668 00 00

e-mail: [email protected]

_____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az