Cümə, 6 İyun, 2025

Muzey üzrəmenecervəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 4 İyun, 2022 - 04:17
Muzey üzrəmenecervəzifəsi üzrə vakansiya

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Muzey üzrəmenecervəzifəsinə vakant yer elan edir. Vəzifə öhdəlikləri: · Muzey işinin planlaşdırılması, təşkili, təkmilləşdirilməsi, effektiliyinin artırılması və nəzarət edilməsi; · Muzey işinin elmi araşdırmasının təşkili; · Muzeylərin təbliği və inkişafının təmin edilməsi; · Beynəlxalq əməkdaşlığın qurulması; · Yerli sərgi, konfrans, seminar və s. tədbirlərin təşkili; · Muzeylərə yeni ziyarətçilərin cəlb olunmasında sistemli işin təşkili və aparılması; · Muzey təcrübəsinə yeni idarəetmə, innovasiya və kommunikasiya texnologiyalarının tətbiqi; · İşçilərin ixtisaslarının artırılmasının təmin edilməsi, onların qiymətləndirilməsinin təşkili; · Nəzarət sahəsi üzrə görülmüş işlərin təhlili, görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq; · Daxili qayda və prosedurların hazırlanmasına nəzarət; Tələblər: · Muzey, Mədəniyyət, İncəsənət sahəsi üzrə ali ixtisas təhsili və ixtisası üzrə azı 5 il iş təcrübəsi; · Xaricdə təhsil alanlara üstünlük verilir; · Mədəniyyət və muzey işindən məlumatlı olmaq; · Həm şifahi, həm də yazılı şəkildə aydın və qısa ünsiyyət qurmaq bacarığı; · Təşəbbüskarlıq, özünə inam, öz mövqeyini müdafiə etmək bacarığı; · Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar; · Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı; · Dil biliyi: Azərbaycan və ingilis dilləri. Rus və digər xarici dil bilənlərə üstünlük veriləcəkdir; · Yaş həddi: 27-40; Əmək şəraiti: həftə içi 5 gün, saat 9:00-18:00 CV-lər[email protected]ünvanına 15.06.2022-ci il tarixinədək göndərilməli, mövzu bölməsində “Muzey üzrə menecer” sözləri qeyd edilməlidir.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 81
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 274
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 77
Elm və təhsil naziri...