Şənbə, 23 Avqust, 2025

Hüquq şöbəsində hüquqşünas vakansiyası


  • Dərc edildi: 4 İyun, 2022 - 04:30
Hüquq şöbəsində hüquqşünas vakansiyası

"STP-AH" MMC Hüquq şöbəsinə hüquqşünas vakansiyası elan edir. Tələblər: Ali hüquqi təhsil; Minimum 3 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; Microsoft Office proqramlarını bilməli; Məsuliyyətli, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti; Görəcəyiniz işlər: Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli; Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarını bilməli; Müqavilələri hazırlamaq, müqavilələrə hüquqi rəylər vermək; Ümumi Yığıncağın və Müşahidə Şurasının iclas protokollarını hazırlamaq; Əmrləri, məktubları, arayışları, etibarnamələri, ərizələri və digər hüquqi sənədləri rəsmiləşdirmək; Məhkəmələrdə müəssisənin maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək; Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək; Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması; Direktorun göstərişinə əsasən kontragentlərlə danışıqlarda iştirak etmək; Müqavilələri və digər hüquqi sənədləri arxivləşdirmək; Əlavə məlumatlar: Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə; İş vaxtı: 5 günlük qrafik; Əmək haqqı razılaşma əsasında; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” yazaraq[email protected]göndərmələri xahiş olunur.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 391
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7264
Sumqayıt Dövlət Univ...