Həyat sığortası üzrə Telemarketinq şöbəsinin mütəxəssisi
Namizədə tələblər:
• Yaş: 21-35
• Təhsil: Ali
• İş təcrübəsi: Müştəri xidmətləri, satış bacarığı, call center
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili(arzuolunadır)
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
• Mövcud müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq
• Potensial müştərilər bazasını tərtib etmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını yaratmaq
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
• Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri:
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2(şənbə vəbazar günləri, dövlət bayramlarıvəmilli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
• Sabit əmək haqqı 600-700 AZN
• Rüblük bonus sistemi
Məlumatlandırıcı qeydlər:
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini[email protected]e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləqHəyat sığortası üzrə telemarketing şöbəsinin mütəxəssisiqeyd etmələri xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur