Çərşənbə axşamı, 26 Avqust, 2025

“I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirilib


  • Dərc edildi: 27 Dekabr, 2021 - 08:17
“I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyunu keçirilib

25 dekabrda Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlər arasında “I HƏMRƏYLİK KUBOKU” XƏMSƏ Milli İntellektual oyununu keçirdi.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş gənc müəllimlərin stresli vəziyyətdən uzaq olaraq birlikdə sosiallaşması üçün “Xəmsə” Milli İntellektual Oyununu təşkil etdi. Yarışda müxtəlif bölgələrdən yaşı 35-ə qədər olan və hazırda ümumi orta məktəblərdə fəaliyyət göstərən müəllimlər 14 komanda şəklində iştirak etdilər.
Finalda iştirak etmiş dörd komandadan “Yurd” komandası 1-ci, “Tarixçilər” 2-ci, “Niyal” komandası isə 3-cü yeri tutdular.
Oyunda iştirak etmiş bütün komandalara təşəkkür edir, yeni fəaliyyətlərində uğurlar arzu edirik.
Tədbirin keçirilməsində bizə dəstək olan Azərbaycan Respublikası Təhsil NazirliyiAzərbaycan Dövlət Pedaqoji Universitetinə öz dərin minnətdarlığımızı bildiririk.
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 597
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 117
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7449
Sumqayıt Dövlət Univ...