Çərşənbə axşamı, 26 Avqust, 2025

TKTA “kənd təsərrüfati, baliq və meşə təsərrüfati” peşə istiqaməti üzrə mütəxəssisləri ekspert qismində fəaliyyət göstərməyə dəvət edir


  • Dərc edildi: 27 Dekabr, 2021 - 06:13
TKTA “kənd təsərrüfati, baliq və meşə təsərrüfati” peşə istiqaməti üzrə mütəxəssisləri ekspert qismində fəaliyyət göstərməyə dəvət edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirmə və tanınma prosesini təşkil edir. İmtahan zamanı vətəndaşların qiymətləndirilməsi Qiymətləndirmə Komissiyası tərəfindən icra olunur. Qiymətləndirmə Komissiyasına eyni zamanda sahə üzrə müstəqil ekspertlər seçilir. Ekspert qismində iştirak edəcək şəxslərpeşə təhsili müəssisələrinin nümayəndələri, eləcə də işəgötürənlər və onların nümayəndələrinin arasından seçilir.   Tələblər:

  • Müvafiq ixtisaslarüzrə ən azı 5 illik iş təcrübəsinə (istehsalat təcrübəsinə) və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinə sahib olmalı;
  • İxtisaslar üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştəyə malik olmalı;
  • Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığına malik olmalı;
  • Namizədlə ünsiyyət qurma və işləmə bacarığına sahib olmalı;
  • Ekspert fəaliyyət istiqaməti üzrə VÖEN-ni olmalıdır.
  Vəzifə öhdəlikləri:
  • Müvafiq ixtisasın modulları üzrə sual və tapşırıqların hazırlanması;
  • Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;
  • Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaqvə maraqların toqquşmasından qaçmaq;
  • Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların(imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq vəAgentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq.
  İş qrafiki:Ödənişli əsaslarla“Xidmət müqaviləsi” əsasında, təyin olunmuş imtahan tarixindən asılı olaraq müvafiq qrafikə uyğun olacaqdır. Son müraciət tarixi:10.01.2022 Müraciət etmək istəyən namizədlərin qeyd olunankeçidədaxil olaraq uyğun məlumatlarıəlavə etməkləri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 595
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 116
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7446
Sumqayıt Dövlət Univ...