İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki və Mingəçevir filialları üçün filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
▪ Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
▪ Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
▪ Karyera irəliləyişlərində yaradılan şərait;
▪ Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
▪ Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
▪ Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
▪ Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
▪ Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
▪ Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
▪ Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
▪ Filialın səmərəli işinin təmin edilməsi;
▪ Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
▪ Ali tibb təhsili;
▪ 5 ildən az olmayaraq ümumi əmək stajı (dövlət müəssisələrində ən az 2 il rəhbər vəzifəsində iş təcrübəsi);
▪ İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
▪ Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
▪ Ofis proqramları üzrə biliklər;
▪ İntizamlılıq və nəticəyönümlülük;
▪ Ünsiyyət və təşkilatçılıq bacarığı;
▪ Stressə qarşı davamlılıq;
▪ Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
▪ İş qrafiki: 5 günlük iş həftəsi;
▪ İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
▪ Vakansiyaya son müraciət tarixi: 21.07.2022-ci il;
▪ CV-lər[email protected]ünvanına göndərilməlidir;
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur