İnsan resursları üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
• İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi;
•Əməkdaşların adaptasiyası prosesinin təşkili;
•İnsan resurslarına aid daxili əmrlərin (işə qəbul, xitam, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.,)hazırlanması və icrasına nəzarət etmək;
•İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqqında müqavilə, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək;
• İşçilərin şəxsi işlərini aparmaq,formalaşdırmaq;
• Əməkdaşlar üçün əmək haqqı kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;
• Elektron hökümət Portalına əmək müqaviləsi bildirişlərini daxil etmək;
• İşçilərə məzuniyyətlərin verilməsinin üçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsini icra etmək, son haqq hesabların, kompensasiyaların hesablanması;
• İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
• Xidməti müqavilələrin hazırlanması, əlavələrin edilməsi;
• Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
• İşə davamiyyət prosedurunun tənzimlənməsi.işçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, rəhbərə məlumat verilməsi və ayın sonu davamiyyət tabellərinin hazırlanaraq maliyyə departamentinə təqdim edilməsi.
İş qrafiki:
• Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
• İstirahət günü – Şənbə və Bazar günləri
• Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək
Namizədə tələblər:
• Ali təhsil
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
• Ofis proqramları ilə işləmə bacarığı.
• 1C proqramında işləmək bacarığı
• E-gov Elektron Hökumət Portalında işləyə bilmək
• Azərbaycan dilini mükəmməl bilməli, ingilis dilinə üstünlük verilir;
• Ünsiyyət qurma bacarığı;
• Problemləri həll etmə bacarığı
• Stresə davamlılıq
• İnformasiyanın təhlili və analiz etmək bacarığı
• Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
• İnsan resursları sahəsində azı 2-3 il təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi olmağı üstünlükdür)
Maraqlanan şəxslər CV formalarını mövzu yerində ”İnsan resursları üzrə mütəxəssis” qeyd edərək[email protected]ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur