Çərşənbə axşamı, 1 İyul, 2025

“İrəli” İctimai Birliyi QHT əməkdaşları üçün layihə həyata keçirəcək


  • Dərc edildi: 3 Mart, 2022 - 10:03
“İrəli” İctimai Birliyi QHT əməkdaşları üçün layihə həyata keçirəcək

“İrəli” İctimai Birliyi QHT əməkdaşları üçün layihə həyata keçirəcək “İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsini həyata keçirəcək. Layihənin əsas məqsədi qeyri-hökumət təşkilatları əməkdaşlarının bilik və bacarıqları artırmaq, onların fəaliyyətlərinin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirməkdir. Habelə QHT-lər tərəfindən aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaq, həyata keçirilən təlim və görüşlərlə kütləvi informasiya vasitələri ilə yeni əməkdaşlıqlar qazanmaq, o cümlədən mövcud əməkdaşlıqları daha da gücləndirmək layihə çərçivəsində hədəflənən işlər sırasındadır. Dörd gün müddətində, müxtəlif QHT-lərdən 35 nümayəndənin iştirakı ilə keçiriləcək layihə çərçivəsində iştirakçılar media savadlılığının artırılması, KİV-lərlə iş, mətbuat katibliyi üzrə gənc kadrların yetişdirilməsi, sosial şəbəkələrdə düzgün məzmunun qurulması, həyata keçirilən fəaliyyətlərin PR işinin təşkili və digər mövzular ilə əlaqədar təlimlərdə iştirak edəcək. Birlik tərəfindən həyata keçiriləcək layihə ölkədə fəaliyyət göstərən QHT-lərin ictimaiyyətlə əlaqələr strategiyasının düzgün qurulmasına dəstək olacaq. Layihə müddətində həmçinin bir sıra media nümayəndələri ilə görüş və digər maraqlı tədbirlərin təşkili nəzərdə tutulub. Layihədə iştirak hüququ qazanmaq istəyən, qeyri-hökumət təşkilatlarında media və PR istiqamətləri üzrə fəaliyyət göstərən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3C1uMAf Layihəyə son müraciət tarixi: 7 mart 18:00

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 32
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 18
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...