Cümə, 5 Sentyabr, 2025

İşə qəbul və seçim şöbəsinin müdiri vakansiyası


  • Dərc edildi: 20 Avqust, 2021 - 11:01
İşə qəbul və seçim şöbəsinin müdiri vakansiyası

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyiİşə qəbul və seçim şöbəsinin müdirivəzifəsinə vakant yer elan edir. Vəzifə öhdəlikləri: • Agentlik və tibb müəssisələrinə işə qəbul işinin idarə edilməsi; • İşə qəbul planının hazırlanması üzrə işlərin icrası; • Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması; • Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması; • Xəstəxanalarda bəzi vəzifələrin spesifikliyi nəzərə alınaraq həmin vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə nəzarət; • Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi; • Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması; • Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə; Vəzifə üçün tələblər: • Ali təhsili (namizədin ali iqtisadi, idarəçilik, və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır); • İşə qəbul üzrə sahəsi üzrə 2 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür); • İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması; • Namizədlərin cəlbi və seçimi üzrə texnikalar barədə ətraflı məlumatlılıq; • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları; • Ofis proqramları üzrə biliklərin yaxşı səviyyədə olması; Maraqlanan namizədlər CV-lərini15 sentyabr 2021-ciil tarixinədək[email protected]e-mail ünvanına göndərə bilərlər. Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1134
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 263
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8145
Sumqayıt Dövlət Univ...