"İxtisas bələdçisi"nin növbəti görüşü II ixtisas qrupuna həsr olunacaq

II qrupa hazırlaşırsınız O zaman bu görüş tam sizə görədir! Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı, ixtisas.azvə "Bir Könüllü" təşkilatının əməkdaşlığı ilə keçirilən "İxtisas bələdçisi"nin növbəti görüşü II ixtisas qrupuna həsr olunacaq. Çıxış edəcək spikerlərimiz və bəhs edəcəkləri mövzular: Əli Vahidli - "Marketinq sahəsində karyera" Bakalavr təhsilini İnönü Üniversitesinin Menecment ixtisası üzrə bitirmiş Əli bəy magistratura səviyyəsi üzrə Ondokuz Mayıs Universitetinin Marketinq ixtisası üzrə tamamlamışdır. Freelancer kimi çalışan spikerimiz həmçinin Karol şirkətində Satış və Marketinq Məsləhətçisi, Embawood şirkətində isə Marketinq Meneceri vəzifələrini icra etmişdir. Fəridə Hüseynova - “İnsan Resursları peşəsi" Bakı Slavyan Universitetinin Azərbaycan Filologiyası və Jurnalistika Fakültəsində bakalavr təhsili almış spikerimizin İnsan resursları sahəsində 5 ildən artıq təcrübəsi var. O, hazırda “Saf Farma” MMC şirkətində İnsan Resursları direktoru, HR Option MMC-də “HR MBA” proqramında “Karyeranın İdarəedilməsi və İşçi bağlılığı” modulu üzrə təlimçi vəzifələrini icra etməklə yanaşı region gəncləri ilə könüllü olaraq təlim və görüşlərdə də iştirak edir. Mirsahib Eminov - İqtisadiyyat Bakalavr səviyyəsi üzrə UNEC-in İqtisadiyyatın tənzimlənməsi ixtisası, magistr təhsili üzrə Hacettepe Universitetinin İqtisadiyyat ixtisası, II magistr təhsilini Azərbaycan Texniki Universitetində Xidmət sahələrinin iqtisadiyyatı ixtisası, Ph.D. səviyyəsi üzrə isə UNEC-in Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil almışdır. UNEC-də Miakroiqtisadiyyat, Mikroiqtisadiyyat, Beynəlxalq iqtisadiyyat üzrə müəllim olaraq, Dövlət Məşğulluq Agentliyinin Əmək Bazarının Təhlili şöbəsində mütəxəssis olaraq çalışır. Aysel İsgəndərova - Karyera məsləhətçisi və mentor Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsində çalışan Aysel xanım eləcə də karyera planlaması və şəxsi inkişaf üzrə mentor olaraq fəaliyyət göstərir. Görüşlər Zoom platforması üzərindən keçiriləcək. (Həmçinin canlı yayımların da (YouTube, Facebook) olması nəzərdə tutulub.) Tarix: 25 iyun, saat 19:00 Qeydiyyat linki: https://lnkd.in/eSCqBXRt Xəbəri II qrup üzrə hazırlaşan dostlarınızla da bölüşməyi unutmayın.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az