Tələbə və gənclər üçün “Uğurlu layihələrin yazılması və icrası” adlı təlim proqramı

Tələbə və gənclər üçün “Uğurlu layihələrin yazılması və icrası” adlı təlim proqramı Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və “Sustainera Consulting Services” şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 4 - 8 iyul, 2022-ci il tarixlərdə “Uğurlu layihələrin yazılması və icrası” mövzusunda qısamüddətli təlim kursu keçiriləcək. Təlim kursunun əsas məqsədi iştirakçıların peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, layihələrin hazırlanması və idarəolunması, donorlarla əlaqələrin qurulması, fandreyzinq imkanlarının artırılması və müvafiq istiqamətlərdə praktiki addımların atılmasına dair geniş məlumat təqdim etməkdən ibarətdir. Təlim proqramı tamamilə ödənişsiz əsaslarla təşkil olunur. Proqram çərçivəsində peşəkar təlimçilər tərəfindən aşağıdakı mövzular üzrə seminarlar təşkil olunacaq:
  • Tədqiqat metodları və təhlil;
  • Layihə təkliflərinin hazırlanması: layihənin hədəf aldığı problem və onun əsaslandırılması (problem tree) necə tərtib edilir?
  • Məntiqi Çərçivə Matriksi (LogFrame) hazırlanması;
  • Layihənin “həyat dövrü” və layihə menecmentinin əsasları;
  • Layihə təklifinin inkişafı: kommunikasiya və layihə barədə məlumatlandırma (visibility) strategiyaları;
  • Monitorinq və qiymətləndirmə;
  • Hesabatların hazırlanması;
  • Humanitar, sosial və təhsil istiqamətli layihələr üçün mövcud maliyyə imkanları, resurslar və alətlər
  • Yerli və beynəlxalq fandreyzinq (maliyyələşmə) imkanlarının artırılması
Kimlər müraciət edə bilər:
  • Bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar
  • Sosial ictimai və təhsilyönümlü layihələrin həyata keçirilməsinə təcrübəsi və marağı olan fəal gənclər
  • İngilis dili, araşdırma, təhlil, akademik yazı və öyrənmə bacarıqları olan və qeyd edilən tarixlərdə təlimlərdə iştirak imkanı olan gənclər
  • Yay tətilini daha səmərəli keçirərək, bilik və bacarıqlarını artırmaqla yeni iş imkanlarına açıq olan gənclər
Proqram çərçivəsində təşkil ediləcək “layihə inkubatoru” simulyasiya məşğələsi zamanı iştirakçılar real layihə təklifi hazırlayaraq qrant müsabiqələrinə müraciət prosesinin bütün mərhələləri üzrə təcrübə əldə edəcəklər. Təlim proqramını uğurla bitirən iştirakçılara layihə idarəetməsi qısamüddətli təcrübə proqramına cəlb olunacaq, daha sonra müvafiq iş imkanları əldə edəcəklər. Təlim proqramında iştirak etmək arzusunda olan şəxslər 26 iyun tarixinədək aşağıda qeyd olunan google formu dolduraraq, niyyət məktubu (ingilis dilində) və CV əlavə etməklə müraciət edə bilərlər.

Qeydiyyat

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az