Cümə, 6 İyun, 2025

Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 7 Fevral, 2022 - 13:57
Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis vakansiyası

Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis Şirkət haqqında: “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir. Şirkətin yaradılmasında məqsəd Səhmdar Cəmiyyətin ən irimiqyaslı layihələrindən biri olan Daşkəsən dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən regionun inkişafına əlavə sosial-iqtisadi töhfələr verməkdir. Vəzifə öhdəlikləri: • Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan məlumatları toplamaq və nəticələri arayış şəklində rəhbərliyə təqdim etmək; • İqtisadi araşdırmaların və təhlillərin nəticələrini rəhbərlik və aidiyyəti əməkdaşlara, qurumlara zamanında təqdim etmək; • Sahə üzrə strateji araşdırmaların aparılmasında iştirak etmək; • Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılmasını, tərəfdaşların tapılmasını təmin etmək; • Dünyada fəaliyyət istiqaməti üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək; • Fəaliyyət istiqaməti üzrə Cəmiyyətin illik satış planının hazırlanmasında iştirak etmək; • Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak etmək, zəruri olan satış sənədlərini və məlumatlarını hazırlayaraq, birbaşa rəhbərinə təqdim etmək; • Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izləmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflər hazırlamaq; • Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək; • Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək; • Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak edərək əlaqəli fəaliyyətlərin risklərini müəyyən etmək; • Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək; • Strategiyanın tətbiq edilməsi ilə bağlı əlavə təklif və meyarların hazırlanmasında iştirak etmək; • Strategiyanın tətbiq edilməsi ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; • Cəmiyyətə faydalı ola biləcək yeni innovasiyaların tətbiq olunmasını araşdırmaq, təkliflər vermək; Namizədə tələblər: • Ali təhsili (idarəçilik/ maliyyə/ metallurgiya sahələri arzuolunandır); • Layihələrin idarə edilməsində sahəsində 1-3 il iş təcrübəsi; • MS Office üzrə biliklər; • Azərbaycan dilini səlis, İngilis və Rus dili bilikləri arzuolunandır; Digər məlumatlar: İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Layihələrin idarə edilməsi və satışın təşkili üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...