Vergi uçotu üzrə mühasib vakansiyası

Şirkət: AVT Logistics MMC (Veysəloğlu Şirkətlər Qrupu) Vəzifə: Vergi uçotu üzrə mühasib İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs İş təcrübəsi: 1-3 il (Vergi uçotu üzrə 1 il) Təhsil: Ali təhsil(İqtisadiyyat,Maliyyə,Mühasibatlıq yönümlü) Yaş həddi: 22-30 İşin Təsviri: Vergi hesabatlarının tərtib edilməsi. Vəzifə öhdəlikləri: -Şəxsi hesab vərəqələrinin gündəlik təqib edilməsi; -Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması; -Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq; -Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək; -Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq; -Daxili müştərək şirkətlərdən və kənar kontragentlərdən üzləşmə hərəkətlərinin alınması, yoxlanması, üzləşdirilməsi və aktlaşdırılıb təsdiqlənməsini həyata keçirmək; -Aylıq hazırlanmalı olan ƏDV hesabatına məlumatların yığılması, sistemə işlənməsi və paketlənib vergi orqanına göndərilməsini təmin etmək; -Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək; -Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması; -Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilməsi. -Bank ödənişlərinin icra edilməsi və bank hesabatlılığı, -Bank Əməliyyatlarının Logo(Tiger) əks etdirilməsi. Tələblər: -Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması; -ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır; -Logo (Tiger) proqram biliyinin olması arzu olunandır. -E-gov.az,e-taxes.gov.az,stat.gov.azdövlət platformalarında işləməkbacarığı -Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; -Komanda ilə işləmə bacarığının olması; -Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq; -SAP bilikəri üstünlükdür. Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: -İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; -Nahar ilə təmin edilmə; -Endirimli tibb xidməti; İş qrafiki: 5 günlük Müraciət qaydaları: CV-nizi[email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib -Vergi uçotu üzrə” yazıb göndərməklə müraciət edilir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az