"Kaspi Liseyi" ümumtəhsil məktəbi 2025-2026-cı tədris ili üçün vakansiyalar elan edir.
Vakansiya: Liderlik və Menecment fənn müəllimi
•Təhsil: Müvafiq sahə üzrə ali təhsil.
•Pedaqoji Təcrübə: Orta məktəb şagirdləri ilə işləmək təcrübəsi arzuolunandır.
Bilik və Bacarıqlar:
Tədris olunan fənn üzrə dərin biliklər.
Biznes, Liderlik, Menecment və Yumşaq bacarıqlar (ünsiyyət, komanda işi, problem həlli, kritik düşüncə və s.) kimi sahələrdə şagirdlərə bilik və bacarıqları aşılamaq qabiliyyəti.
Müasir tədris metodları və texnologiyalarından (məsələn, interaktiv lövhələr, proyektorlar və ya təlim proqramları) istifadə etmək bacarığı.
Şagirdlərlə effektiv ünsiyyət qurmaq və onları motivasiya etmək bacarığı.
Fərdi yanaşma tətbiq etmə və sinif idarəetmə bacarıqları.
•Dil Bilikləri: Azərbaycan dili – Əla, Rus dili- Əla, İngilis dili - Orta
•Fərdi Keyfiyyətlər: Məsuliyyətli, nizamlı, yaradıcı, inkişafa açıq və pozitiv olmaq.
Son müraciət tarixi: 30.08.2025
Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər