Çərşənbə, 2 İyul, 2025

Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 25 Oktyabr, 2021 - 08:36
Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası

LANDAU School-da Maliyyə analitikası üzrə baş mütəxəssis vakansiyası! Vəzifə öhdəlikləri: • Aylıq, rüblük, illik maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası. • Maliyyə hesabatlarında və biznes planlarında müxtəlif məlumatları nəzərdən keçirib onların təhlili və qiymətləndirilməsi üçün töhfələrin verilməsi. • Xərclərdə israfçılığın qarşısını almaq məqsədi ilə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi. • Cari gəlirlərin və xərclərin, əməliyyat planlarına uyğun büdcələrin, strateji planların, aylıq proqnozların hazırlanması və təhlili. • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak. • Fəaliyyət istiqamətləri üzrə pr

oqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak. Tələblər: • Maliyyə / Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi. • ACCA F3 və F9 sertifikatı. • Səlis Excel istifadəçisi. • Minimum 3 il peşəkar təcrübə. • Böyük 4-lük audit şirkətlərində təcrübə arzuolunandır. • Maliyyə hesabatların təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları. • Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq. • Rus və ingilis dillərinin mükəmməl biliyi üstünlükdür. İş şəraiti: İş saatları: 1-5 günlər saat 09:00-18:00. Maaş: razılaşma əsasında. Siz də DreamTeam-imizin bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi "Maliyyə analitikası üzrə baş mütəxəssis" başlığı ilə "[email protected]" elektron poçt ünvanına göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 94
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 224
Məktəbəhazırlıq qrup...