İlk yazım ekstrovertlər (Mən kiməm? - Extrovert) haqqında idi. Bu yazımda isə introvertlər haqqında danışacağam. İntrovertlər haqqında Syuzen Keyn maraqlı kitablar yazıb, digər bir kitabı da “İntrovertləırin gücü” adlanır. #İntrovert – ekstrovertin tam əksidir. İntrovertlərin öz daxili dünyası var. Bəzən ətraf aləmdə olub-bitənlər nəinki onları narahat edir, hətta bundan xəbərləri belə olmur. İntrovertlər ünsiyyəti bir o qədər də sevmirlər, lakin öz maraq dairələrinə aid mövzu olarsa, gözəl həmsöhbət ola bilərlər. Ünsiyyəti sevməməkləri onların utancaq olmaqları anlamına gəlmir, sadəcə mənasız dialoqlardan həmişə qaçırlar.İntrovertlər susmağa üstünlük verdikləri üçün, bəzən onların nələri bildiyini və ya bilmədiyini anlaya bimirik. Xoşbəxtlik quşu başımıza qonub bir introvertin rəğbətini qazana bilmişiksə, o zaman onların bir çoxunun nə qədər zəngin daxili aləmlərinin, bilik və bacarıqlarının olduğunu görə bilərik. İntrovertlər başqalarının fikirləri ilə oturub-durmağı sevmir, əldə etdikləri bilik və təcrübələrinə əsaslanırlar. İntrovertlər çox kitab oxumağı sevirlər. Onlar bütün işlərini planlaşdırırlar. İntrovertlər sakit və tək olduqda daha səmərəli şəkildə işləyirlər. İntrovertlərin ən çox istifadə etdiyi ifadələr “mənə düşünmək üçün vaxt verin”, “məsələni dərindən müzakirə etmək lazımdır” və s. bu kimi qəbildən olan ifadələrdir. İntrovertlər:
Uzun sözün qısası, ətrafınızda introvert varsa, “oy, necə darıxdırıcı adamdır”, “həmişə qaşqabaqlı gəzir” deməzdən əvvəl onu dərindən tanımağa çalışın.Sevinj Garakishiyeva
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb