Mən kiməm? - Extrovert

Gündəlik dialoqlarımızda həmsöhbət olduğumuz insanlardan “mən introvertəm”, “mən ekstrovertəm” kimi ifadələri çox eşidirik.

Hələ üstəgəl, bir şirkətdə insan resurslarının idarə olunması sahəsində çalışırıqsa, müxtəlif xarakterli insanlarla mütəmadi ünsiyyətdə olmaq mıəcburiyyətində qalırıq. “Eyçar” müxtəlif şəxsiyyət tiplərinə dərindən bələd olmalıdır ki, hər bir işçi ilə fərdi qaydada dərindən maraqlana bilsin, işçilərin işdə rahat və xoşbəxt hiss etmələri üçün şərait yaratsın, onların xarakterlərinə uyğun vəzifə və öhdəlikləri müəyyən edə bilsin.Bəs necə baş çıxaraq bu qarışıq tipli, müxtəlif xarakterli insanlardan? Məsələ tək introvert və ekstrovertlərlə tamamlansa, nə var idi ki?

Hələ ambivertlər də var.

Bu mövzuda maraqlı kitablardan biriSusan Cainadlı müəllifin“Quiet: The Power of Introverts in a World that can’t stop”adlı kitabıdır. Adına görə, ancaq introvertlərin gücündən bəhs edildiyini sansaq da, əslində kitabda ekstrovertlərə də geniş yer verilib.

İntrovertlik və ekstrovertlik sonradan qazanılan yox, anadangəlmə əldə edilən xüsusuiyyətlərdir.

İlk yazım ekstrovertlər haqqında olacaq.

Ekstrovert tiplər bir növ şirkətin təkan verici qüvvəsi hesab edilə bilər. Hədsiz dərəcədə ünsiyyətcildirlər və insanlarla yaxşı dil tapa bilirlər. Kollektivə çox tez adaptasiya olmağı bacarırlar.

Ekstrovertlər:

  • Diqqət mərkəzində olmağı sevirlər;

  • Rutin və monoton, darıxıdırcı işləri sevmirlər;

  • “Networking” insanlarıdır, çoxlu sayda dost-tanışları var və hər gün yeni-yeni insanlarla tanış olmağı sevirlər;

  • İşdə ən çətin və məsuliyyətli məsələləri həll etməyi çəkinmədən öhdələrinə götürürlər;

  • Bəzən düşünmədən danışırlar;

  • Özlərini tərifləməyi çox sevirlər;

  • Dinləməyə yox, danışmağa üstünlük verirlər.


Ekstravertlərlə işləmə qaydası:

  • Ekstravertləri maraqlı və çətin layihələrə təyin etmək lazımdır. İşin çətinliyi onları motivə edir və xüsusi həyəcan verir. Üstəgəl, yeni bilik və təcrübələrin əldə edilməsi onları daha da ilhamlandırır.

  • Ekstravertləri həmişə diqqət mərkəzində saxlamaq lazımdır (bu onlara hava-su kimi vacibdir). Diqqət mərkəzindən kənarda qalan ekstravert özünü sudan çıxmış balıq kimi hiss edir və bu onu hətta depressiyaya sala bilər.

  • Ekstravertlər özlərindən əmindirlər. Bilmədikləri hər şeyi öyrənməyə can atırlar. Təriflənmək ekstravertləri maddi motivasiyadan daha çox ruhlandırır.


Ekstrovertlər üçün uyğun olan vəzifələr:

  • Bir qayda olaraq, şirkətdə top-menecerlər, rəhbərlər ekstrovert xarakterli insanlar olurlar.

  • Ekstrovertlər turizm sahəsində də bələdçi/tərcüməçi kimi uğur qazana bilirlər.

  • Ən yaxşı müxbirlər, jurnalistlər ekstrovert xarakterli insanların arasından çıxır.


Həmçinin, diplomatlar, həkimlər, bir sözlə insanlarla ünsiyyət tələb edən işlərdə çalışan vəzifə sahiblərinin ekstrovert xarakterli olmaqları onlara ancaq uğur gətirə bilər.

Lakin bu o demək deyil ki, introvertlər bu sahələrdə uğurlu deyillər. Bu barədə də növbəti yazımda danışacağam.

 

Sevinj Garakishiyeva

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az