reklam

"Günəş şəhəri" qrup sərgisi

Açılış: 29 oktyabr, saat 19:00 Sərginin müddəti: 29 oktyabr, 2021 – 14 yanvar, 2022 Məkan: ARTIM Layihə Məkanı Ünvan: Kiçik Qala küç., 5, İçərişəhər Giriş sərbəstdir
YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında gənc rəssamlar Ramina Boçarova, Erkin Ələkbərli, Mehrin Əlili, Rəsul Quliyev, Şəlalə Salamzadə və İsmayıl Səfərəlinin əsərlərindən ibarət "Günəş şəhəri" qrup sərgisini qürurla təqdim edir.
Sərgi YARAT Müasir İncəsənət Məkanının 10 illiyinə həsr olunur
"Günəş şəhəri" qrup sərgisi ümid anlayışını öz prizmalarından kəşf edən gənc rəssamların video-art və heykəltəraşlıq əsərlərini bir araya gətirir.
"Günəş şəhəri" qrup sərgisi, öz ilham mənbəyini italyan filosof Tommazo Kampanellanın eyni adlı kitabından götürüb. Utopik əsər, Xristofor Kolumb ilə səyahətə çıxan genuyalı dənizçinin insanların gender, sosial status, din və digər faktorlardan asılı olmayaraq harmoniya içində yaşadığı adaya düşməsindən bəhs edir.
Sərgi, daha yaxşı həyat üçün ümid və bundan yaranan qeyri-müəyyənliklər arasında qalan insanların hekayələrini ortaya qoyur. Eyni zamanda sərgi, insan köçünün daima tarixlə sosial və mədəni əlaqəsinin olduğunu nəzərə alaraq, ümid və mobilliyin əlaqəsini irəli sürür. Bəşəriyyət hər zaman onları, xüsusi məkana bağlayan və məxsusluq hissi yaradan bütün xatirələri geridə qoyaraq, onları bir yerdən başqa yerə aparan amillərin axtarışındadır. Coğrafi sərhədlərin dəyişkən təbiəti dünya əhalisinin həyatına təsir göstərir və evsizlik, köçkünlük, həm də keçmişə və ümidli gələcəyə əbədi həsrət kimi vəziyyətlərin yaranmasına gətirib çıxarır. Hətta, Coğrafi kəşflər dövründə Kolumb, Hind okeanına dəniz yolunu kəşf etmək ümidi ilə dəniz səfərləri həyata keçirmiş, lakin sonradan təbii sərvətlər, yeni torpaqlar və nəhayət, kolonizasiya səbəbi ilə millətlər arasında döyüş meydanına çevrilən yeni qitəyə çata bilmişdir. Bu hadisə eyni zamanda yunan mifologiyasındakı "Pandoranın qutusu" əfsanəsini xatırladır.
Dünyadakı çətin və təhlükəli miqrasiya marşrutlarından ilhamlanan sərgi, böhran, qorxu və qeyri-müəyyənlik hallarını aradan qaldırmaq və bu vəziyyətdən qaçmaq üçün, həm fiziki, həm də metaforik olaraq ümidi ən gözlənilməz yerlərdə tapmağa yönəlmişdir. Sərgi, ümid konsepsiyasını və onun müxtəlif vəziyyətlərdə yaranmasını sual altına qoyur. Araşdırmalara əsasən, ümid - nə optimist, nə də pessimist anlayışdır, o, qarşımızda duran maneələri aşmaq kontekstindən yaranır. Ümid həm də, qarşıdakı yeni imkanları, üfüqləri, fürsətləri ifşa edərək həyat yolumuzun zülmət məqamlarını işıqlandıran fənər rolunu oynayır.
Opening: October 29, 7 pm Exhibition duration: October 29, 2021 – January 14, 2022 Location: ARTIM Project Space Address: 5, Kichik Qala str., Icheri Sheher Free admission
YARAT Contemporary Art Space is proud to present "The City of the Sun" – a group exhibition featuring works by young artists Erkin Alakbarli, Mehrin Alili, Ramina Bocharova, Rasul Guliyev, Shalala Salamzade, and Ismail Safarali at ARTIM Project Space.
The exhibition is dedicated to the 10th anniversary of YARAT Contemporary Art Space
Group exhibition "The City of the Sun" brings together video-art works and sculptures by a group of young artists exploring the concept of hope from their points of view.
The exhibition title "The City of the Sun" is inspired by the book of the same name by the Italian philosopher Tomasso Campanella. The utopian work depicts the Genoese seaman who sails with Columbus and lands on an island where people live in harmony, regardless of their gender, social status, religion, and other factors.
The show unravels the narratives of people who are left in between hope for a better life and ambiguous conflicts. The exhibition puts forward the relation between hope and mobility, considering that human movements have always had social and cultural relevance to history. Various reasons drive humankind to move from one place to another, despite leaving all their memories and a sense of belonging to a particular location behind. The fluid state of the geographical borders affected the lives of the world’s population and led to such states as homelessness, displacement, and also everlasting longing for the past and hopeful future. Even during the Age of Discovery, Columbus, with the hope to explore sea passage to the Indian Ocean, made voyages only to lead him to a new continent, which later became a battlefield for nations over natural resources, new lands, and, subsequently, the colonization resembling the legend of Pandora’s Box from Greek mythology.
Inspired by the challenging and dangerous migration routes throughout the world, the exhibition focuses on finding hope in the most unpredictable places, both physical and metaphorical, in order to escape and overcome the circumstances such as crisis, fear, and uncertainty. The exhibition questions the concept of hope and its occurrence in various situations. According to research, hope is neither optimistic nor a pessimistic concept: however, it derives from the context of overcoming the barriers we face. Hope also plays the role of flashlight which guides the darkest points of our life journey, exposing the new possibilities, horizons, and opportunities ahead.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az