Müştəri Təcrübəsi üzrə Kiçik Mütəxəssis vakansiyası

Müştəri Təcrübəsi üzrə Kiçik Mütəxəssis
Müştəri Xidmətləri

Vəzifə öhdəlikləri:
CİB Biznestətbiq istifadəçilərinin məhsul ilə bağlı olan istək və ehtiyaclarının müəyyən olunması.
Mövcud və potensial müştərilər arasında müxtəlif sorğuların keçirilməsi, sorğuların nəticəsində Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması.
Müştərinin tətbiqdən istifadə tezliyini, müddətini və ödəniş həcmini artıracaq təklif və planların hazırlanması.
Müştərilərin Çağrı Mərkəzinə, sayt, məhsulun təmsil olunduğu internet resurslarda və sosial media kanalları üzərindən daxil olan şikayət, istək və iradlarının mütəmadi araşdırılması, zərurət olduğu halda Müştəri Təcrübəsini yaxşılaşdıracaq və optimallaşdıracaq təklif və planların hazırlanması.
Məhsulun brend dəyərlərini, mövqeləndirilməsini və rəqabət üstünlüklərini Müştəri Təcrübəsində əks etdirəcək təkliflərin və həllərin hazırlanması.
Yeni məhsul hazırlanması və ya yenilənməsi prosesində Müştəri Təcrübəsi ilə bağlı ətraflı arayışların və təkliflərin verilməsi.

Vakansiya üzrə tələblər:
Müştəri ilə ünsiyyət qurma, müştəriləri analiz etmə bacarığı.
Araşdırma və problemləri müəyyən etmə bacarığı.
Kreativ yanaşma.
Bakalavr dərəcəsi (marketinq, idarəetmə, psixologiya ixtisasları üzrə).
Üstün rəqəmsal bilik və bacarıqlar.
Müştəri xidmətləri üzrə iş stajı arzu olunandır.
Rus dili biliyi arzuolunandır.


İş şəraiti:
İş qrafiki : Həftənin 5 günü 9:00 dan 18:00 dək.
Şənbə və bazar günləri qeyri iş günüdür.
AR Əmək məcəlləsinə əsasən sənədləşmə.
Əmək haqqı : Müsahibə əsasında razılaşdırılacaq.

Namizədlərdən CV-lərini “Müştəri Təcrübəsi üzrə Kiçik Mütəxəssis” mövzusu ilə[email protected]e-mail adresinə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az




İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az