Çərşənbə axşamı, 22 İyul, 2025

Gəncə, Sumqayıt və Zaqatalada yaşayan və iş axtaran gənclərin nəzərinə!


  • Dərc edildi: 15 İyul, 2021 - 15:17
Gəncə, Sumqayıt və Zaqatalada yaşayan və iş axtaran gənclərin nəzərinə!

Gəncə, Sumqayıt və Zaqatalada yaşayan və iş axtaran gənclərin nəzərinə! PROGRO komandası sizi “Peşəkar İnkişaf Platforması”na dəvət edir. Bu platformada siz fiziki təlimlər, məşğələlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, tədbirlərin təşkili, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. Bəs bu platformada kimlər iştirak edə bilər? Əgər: - Uğurlu karyeraya başlamaq; - Şəxsi və peşəkar inkişafınıza yeni nəfəs vermək; - Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə; O zaman TƏLƏSİN! İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək: - 30 yaşı tamam olmamış; - Orta və ya ali ixtisas təhsilli; - Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər. İştirak etmək istəyənləri 15 iyul 2021-ci il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik: https://lnkd.in/dXG4N2A “Peşəkar İnkişaf Platforması” da iştirak tamamilə ödənişsizdir! “PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4019
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2351
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 206
Bu gündən tələbələri...