Cümə, 5 Sentyabr, 2025

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına start verir


  • Dərc edildi: 13 İyun, 2022 - 06:42
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına start verir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.   “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.   İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır. Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.   Bu link –https://bit.ly/3PiRDxcvasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.   “Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.   Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1133
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 262
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8145
Sumqayıt Dövlət Univ...