Şənbə, 2 Avqust, 2025

Risklərin idarə edilməsi Departamenti/ Bank risklərinin təhlili şöbəsi/böyük mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 Avqust, 2021 - 13:21
Risklərin idarə edilməsi Departamenti/ Bank risklərinin təhlili şöbəsi/böyük mütəxəssis vakansiyası

Expressbank ASC-nin Risklərin idarə edilməsi Departamenti/ Bank risklərinin təhlili şöbəsi/böyük mütəxəssis vakansiyası aktivdir. Vəzifə öhdəlikləri: ·Müştərilər üzrə analitik məlumatların düzgün tərtib olunmasına nəzarətin təşkil edilməsi; ·Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi prosesində iştirak etməsi; ·Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin keçirilməsi və təkliflərin verilməsi; ·Əməliyyat risklərinin təhlil edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi; ·Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq strukturlarla müzakirə edərək icrasını davam etdirmək; ·Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflər hazırlayır və tətbiqi prosesində iştirak ediilməsi; ·Bank riskləri üzrə risk xəritəsinə davamlı nəzarət prosesinin həyata keçirilməsi; ·Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi; ·Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi; ·Daxili hesabatların hazırlanması. Vəzifəyə tələblər: ·Bankın ABİS-də aparılan əməliyyatların təhlili bacarığı; ·Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi aktları bilməsi; ·Korporativ və işgüzar yazışmaların aparılması bacarığı; ·Ünsiyyətqurma bacarıqları; ·Komandada və fərdi şəkildə işləmək bacarığı; ·Dəqiqlik, şəffaflığa bağlılıq; ·Analitik və məntiqi düşünmə qabiliyyəti; ·Yüksək qavrama bacarığı və detallara fikir vermə qabiliyyəti; ·Operativlik, işə yüksək enerji və həvəslə yanaşmaq, pozitivlik; Təhsil: İqtisadi və ya hüquqi sahələri üzrə ali təhsil Dillər: Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır. Müraciət etmək istəyən şəxslər öz CV-lərini müvafiq başlıq ilə[email protected]mail ünvanına göndərə bilər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5289
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 842
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 299
“İnnovativ məktəb” l...