“ŞƏRQ İRSİ” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisi keçiriləcək

The Oriental Heritge   The Goethe-Zentrum in Baku in cooperation with The European Union to Azerbaijan, the Administration of the Historical-architectural Reserve “Icherisheher” and Platform ART company organize the International Contemporary Art Exhibition THE ORIENTAL HERITAGE aimed at raising awareness about the importance of preserving universal cultural heritage. Azerbaijan, being a rapidly developing country, pays great attention to the importance of preserving the historical and cultural heritage that characterizes the history of the identification of the nation and the country.   The Exhibition will be held from 17th November till 1st December in the historical monument of national importance - Gasim bey Hamam, built in the 17th century. Also named Sweet Bath for the sweets served to bathers with their tea, it is located near the Salyan gates of the fortress of Icheri Sheher, Azerbaijan.   Gasim bey Hamam has been closed now during the last 30 years for visitors. There are plans of renovation works in the nearest future. The bathhouse has a traditional design, with an entrance hall, a cloakroom, baths, swimming pools and a boiler-house. Cross-shaped domes are in the dressing room and swimming pool. They were located on the sides of the rooms with their chambers. Ceramic tubes were located in the walls and under the floor for supplying water and heating. In 1970, the bath was reconstructed, and turned into a pharmacy known as the “Green Pharmacy” which functioned there until 90th.   THE ORIENTAL HERITAGE Exhibition is curated by Alfons Hug, Goethe Zentrum in Baku and consists of art works in genres of photography, video art and installation by artists: Agdes Baghirzade, Azerbaijan / Andréas Lang, Germany / André Severo, Brazil / Sabina Shikhlinskaya, Azerbaijan.       Şərq irsi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və “Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlmiş “ŞƏRQ İRSİ” adlı Beynəlxalq Müasir İncəsənət Sərgisini təşkil edəcək. Azərbaycan, sürətlə inkişaf edən bir ölkə olaraq, millətin və ölkənin kimlik tarixini səciyyələndirən tarixi və mədəni irsin qorunub saxlanılmasının vacibliyinə böyük önəm verir.   Sərgi 17 noyabr – 1 dekabr tarixlərində, XVII əsrdə inşa edilmiş, orta əsr milli əhəmiyyətli memarlıq abidəsi olan Qasım bəy hamamında keçiriləcək. Hamama gələn qonaqlara çay ilə birgə verilən şirniyyatlara görə xalq arasında “Şirin hamam” kimi tanınan bu məkan, İçərişəhər qalasının Salyan darvazasının yaxınlığında yerləşir.   Qasım bəy hamamı, son 30 il ərzində ziyarətçilərin üzünə bağlı olub. Yaxın zamanlarda burada təmir işlərinin aparılacağı gözlənilir. Giriş dəhlizi, qarderob, hamam otaqları, hovuz və qazanxananın daxil olduğu bu hamam kompleksi ənənəvi dizayna malikdir. Soyunma və hovuz otaqlarında xaçvarı günbəzlər vardır. Bu otaqlar bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Su təchizatı və istilik sistemi üçün keramik borular divarların içində və döşəmənin altında yerləşdirilmişdir. 1970-ci ildə, hamamda yenidənqurma işləri aparılıb və bundan sonra, 90-cı illərə qədər burada fəaliyyət göstərən “Yaşıl aptek” adı ilə tanınan əczaxanaya çevrilib.   Alfons Huqun (Bakı Goethe-Zentrum) kuratorluğu ilə keçirilən “ŞƏRQ İRSİ” sərgisi, Əqdəs Bağırzadə (Azərbaycan), Andréas Lanq (Almaniya), André Severo (Braziliya), Sabina Şıxlinskaya (Azərbaycan) kimi tanınmış rəssamlar tərəfindən fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.  

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az