Şənbə, 17 May, 2025

“Siz Xoş Gələcəksiniz” – Azerfloat QSC Yay Təcrübə Proqramı 2025


  • Dərc edildi: 16 May, 2025 - 10:22
“Siz Xoş Gələcəksiniz” – Azerfloat QSC Yay Təcrübə Proqramı 2025

“Siz Xoş Gələcəksiniz” – Azerfloat QSC Yay Təcrübə Proqramı 2025


2025-ci ilin iyun ayından etibarən start götürəcək “Siz Xoş Gələcəksiniz” Yay Təcrübə Proqramı, yalnız bakalavr təhsilinin son ilini bitirən və ya magistratura səviyyəsində təhsil alan və ya təzə məzun olmuş gənclər üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi – iştirakçıların bilik və bacarıqlarını praktiki sahədə möhkəmləndirmək, eləcə də perspektivli gəncləri gələcəkdə peşəkar komandaya cəlb etməkdir.
Təcrübə keçiriləcək şöbələr:
• Mühasibatlıq
• Maliyyə
• İT (İnformasiya Texnologiyaları)
• Nəzarət ölçü cihazları və avtomatlaşdırma
• SƏTƏM (Sağlamlıq, Ətraf Mühit, Təhlükəsizlik və Əmək Mühafizəsi)
• Satış
• Keyfiyyətə nəzarət və laboratoriya
• Sənaye qaz istehsalı
• Elektrik mühəndisliyi
• Mexanika
• İstehsalat
Tələblər:
• Ali və ya orta ixtisas təhsilini yeni başa vurmuş və ya so

nuncu kursda olan tələbə olmaq
• Yüksək ünsiyyət bacarığı
• Təşəbbüskarlıq və məsuliyyət
• Araşdırma aparmaq və öyrənməyə açıq olmaq
Təklif olunan imkanlar:
• Aylıq ödəniş: 400 AZN (vergilər daxil)
• Nahar təminatı
• “20 Yanvar” metrostansiyasından servis xidməti
• İş rejimi: Bazar ertəsi – Cümə, 08:00–17:00
• Proqramı müvəffəqiyyətlə başa vuran iştirakçılar sertifikat və müsbət xasiyyətnamə
• Seçilən iştirakçılar arasında yüksək nəticə göstərənlər daimi iş imkanı
Təcrübə keçiriləcək ünvanlar:
• Bakı ofisi: Koroğlu Rəhimov küç. 13, Gənclik
• İstehsalat məkanı: Sumqayıt Şüşə Zavodu, Sumqayıt Kimya Sənaye Parkı, Kimyaçılar küç. 1
Ərizə qaydası:
Təcrübə keçmək istədiyin şöbənin adını qeyd edərək CV-ni aşağıdakı e-poçt ünvanına göndərməyin xahiş olunur:  [email protected]

Qeyd: Şöbə adı göstərilməyən müraciətlər nəzərə alınmayacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 20:38 438
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
15 May, 2025 - 00:35 142
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 21:57 279
Azərbaycan Respublik...