İş yeri: Xankəndi şəhəri
Iş qrafiki: Tam ştat
Vəzifə öhdəlikləri:
· Fakultə bölümündə daxili proqram gündəliyini hazırlamaq;
· İclas zamanı müzakirə olunan məsələləri qeyd edib, qərarların sənədləşdirilməsini təmin etmək;
· Qərarların yazılması, yayılması və arxivləşdirilməsi işlərini həyata keçirmək;
· Daxil olan və göndərilən sənədlərin, rəsmi yazışmaların qanunvericiliyə uyğun şəkildə tərtib etmək;
· Fakültə bölmələri arasında sənəd dövriyyəsini əlaqələndirmək;
· Tədris və imtahan proseslərinin inzibati hazırlığını (tədris cədvəli, imtahan hazırlıqları, dərs otaqlarının təşkili) nəzarətdə saxlamaq;
· Tələbələrin dərs və imtahan prosesinə dəstək olmaq, düzgün istiqamətləndirmək;
· Aidiyyatı üzrə tərəfdaşlarla səmərəli ünsiyyət qurmaq, elan və məlumatlandırma işlərini həyata keçirmək.
Tələblər:
· Ali təhsil (bakalavr) – İdarəetmə, kommunikasiya, xarici dil və oxşar sahələr üzrə təhsili olan namizədlər;
· Azərbaycan (ana dili), Xarici dil: - Türk və İngilis dili (yazılı və şifahi formada yüksək ünsiyyət bacarığı);
· MS Office proqramlarında (Word, Excel, PowerPoint) və e-poçt platformalarında təcrübəyə malik olmaq;
· Ofis avadanlıqları (faks, printer və s.) ilə işləmək bacarığı və bu sahədə təcrübə;
· Yüksək ünsiyyət, kommunikasiya və planlama bacarığı;
· Üstünlükdür: Universitet və ya akademik müəssisələrdə inzibati sahədə iş təcrübəsi olan namizədlər.
Müraciət Qaydası:
Maraqlanan şəxslər 05 sentyabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına “Fakultə bölümü asistenti” başlığı ilə CV göndərməlidirlər.