“PAŞA Sığorta” ASC namizədləri Tibbi və Səyahət Sığortası Departamentində Tibbi və səyahət sığortası üzrə növbətçi assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
·İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
·İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
·Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
·Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
·Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
·Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR
·Tibb üzrə ali təhsil;
·Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
·Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.
TƏCRÜBƏ
·Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
BACARIQLAR
·Ünsiyyət qurmaq bacarığı;
·Qeyri standart vəziyyətəcəld reaksiya vermək.
Son müraciət tarixi: 31 dekabr 2021
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur