Çərşənbə, 6 Avqust, 2025

"Xaricdə təhsil doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası


  • Dərc edildi: 19 Yanvar, 2022 - 08:07
"Xaricdə təhsil doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası

"Xaricdə təhsil doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üzrə "Xaricdə təhsil doktorantura təhsili doktorantların gözü ilə" adlı məlumat sessiyası həyata keçiriləcəkdir.   Məlumat sessiyasında "2019-2023 Dövlət Proqramı" çərçivəsində müxtəlif ölkələrdə doktorantura təhsili alan doktorantlar öz təəsüratlarını bölüşəcəklər:
  • Turac Əliyeva – Türkiyə, “İstanbul Universitesi”, Humanitar və sosial ixtisaslar istiqaməti
  • Günay Kazımzadə - Almaniya, “Berlin Technical University”, Texniki və texnoloji ixtisaslar istiqaməti
  • Mədinə Quliyeva – Birləşmiş Krallıq, “University College London”, Səhiyyə və rifah ixtisas istiqaməti
  • Elxan Yusifov – İsveçrə, “Zurich University”, Təbiət ixtisasları istiqaməti

Eyni zamanda, xaricdə doktorantura təhsilinə qəbul üçün tələb olunan sənədlər, seçim meyarları və digər məsələlər sessiyada müzakirə olunacaqdır. Qeyd edək ki, prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər proqrama müraciət edə bilər.   Görüşə dair məlumatlar: Görüşün formatı: onlayn Platforma: Microsoft Teams Tarix: 21.01.2022 Görüşün saat: 16.00   Qeyd edək ki, məlumat sessiyasında iştirak qeydiyyatladır və qeydiyyat üçün son tarix 20.01.2022-ci il saat 17.00-dur.   Qeydiyyat üçünlinkəkeçid oluna bilər. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5788
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1072
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 387
“İnnovativ məktəb” l...